Qaynar xətt:

(+99450) 247 90 86

Arif Quliyevin məzar daşı qoyuldu - FOTO

Arif Quliyevin məzar daşı qoyuldu - FOTO

ŞOU-BİZNES

1656

06.07.2021, 11:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti, mərhum aktyor Arif Quliyevin məzar daşı qoyulub.

OXU24.COM xəbər verir ki, bu haqda Moderator.az-a açıqlamasında Xalq artistinin gəlini Nəzifə Quliyeva bildirib.
“10 gün əvvəl cənab prezidentin tapşırığı ilə aidiyyatı qurum ailəmizlə əlaqə saxladı və bildirdi ki, nə lazımdırsa hər şey ediləcək. 10 gün içində məzar daşı hazırlandı, dəfn olunduğu ərazi ağ daşlarla dövrəyə alındı. Bu gün nəhayət ki, Arif müəllimin məzar daşı qoyuldu. Sağ olsun dövlətimiz, cənab prezidentimiz! Ailəmizin və sənət yoldaşlarının adından ona öz təşəkkürümü bildiririk” - deyə sənətkarın gəlini bildirib.