Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı: Müdafiə Nazirliyində sabiq rəis tutuldu

SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı: Müdafiə Nazirliyində sabiq rəis tutuldu

SON DƏQİQƏ

756

21.02.2022, 14:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

Məlumatı Oxu24.com-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb.

SON DƏQİQƏ! Ukrayna itkilərini açıqladı - Rusiya qadağan olunmuş silah atdı