Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
642
21.02.2022, 00:44
Rusiyalı müxalif siyasətçi Leonid Qozman bildirib ki, Federasiya Şurası və Dövlət Duması fevralın 22-də Ukraynaya qoşun yeridilməsi barədə qərar verə bilər. Onun sözlərinə görə, prezident Vladimir Putin artıq Ukraynaya yeni hərbi müdaxiləyə qərar verib və parlamentin yuxarı və aşağı palatası həmin tarixdə sürətlə məsələyə baxmağa, Putinə belə səlahiyyət verməyə hazırlaşır.
“Ukrayna 24” telekanalına açıqlamasında siyasətçi deyib ki, Federasiya Şurası və Dövlət Duması Kremldən tələb gələn kimi Putinə qoşun yeritmək səlahiyyətini verəcək. “Mən çox narahatam ki, bizim hakimiyyət hərbi əməliyyatlara qərar verib. Donetsk və Luqansk rəhbərlərinin təxribatları buna şübhə yeri qoymur”, - Qozman bildirib. Onun fikrincə, hərbi əməliyyatlar əslində fevralın 22-dən də tez başlaya bilər, çünki Kreml üçün gözlənilməzlik effekti mühümdür.
“Ola bilsin daha tez başlayacaq və fevralın 22-də onu legitimləşdirəcəklər. Zərbə bundan bir gün əvvəl endirilə bilər. Mən bunu istisna etməzdim”,-o deyib.
Nüfuzlu rusiyalı jurnalist və “Exo Moskva” radiostansiyasının aparıcısı Yuliya Latınina da Moskvanın müharibə qərarı verdiyinə əmindir. “İndi baş verənlər tamamilə onun (Putinin,-red.) xarakterinə uyğundur. Hər şey çox ciddidir. Mən özümü sakitləşdirməyə çalışıram ki, bütün bunlar blefdir və hər şey çox ciddi görünməlidir, yoxsa hansı blefdən söhbət gedə bilərdi? Amma...baş verənlər Gürcüstanla müharibə ərəfəsində baş verənləri xatırladır. Gürcü kəndlərini atəşə tuturdular və deyirdilər ki, bunu gürcülər edib. Jurnalistlər guya gürcülərin atəş açdıqları osetin kəndinə gedirdilər, məlum olurdu ki, osetin kəndi salamatdır, amma qonşuluqdakı gürcü kəndi yanır”, - o bildirib.
Y.Latınina qeyd edib ki, hazırda Donbassda Rusiyanın hibrid ordusu yaşayış məntəqələrindən Ukrayna ordusunun mövqelərini atəşə tutur, Ukrayna ordusu cavab verə bilmir, çünki mülki sakinlərin həyatını təhlükəyə atmaq istəmir. Latınina hesab edir ki, Donbassdakı indiki eskalasiyaya “ən yüksək səviyyədə” qərar verilib.
virtualaz.org
19:32 / 04 Noyabr 2026
1
19:29 / 04 Noyabr 2026
30
19:25 / 04 Noyabr 2026
31
19:18 / 04 Noyabr 2026
304
19:17 / 04 Noyabr 2026
29
19:00 / 04 Noyabr 2026
47
18:41 / 04 Noyabr 2026
480
18:41 / 04 Noyabr 2026
71
18:37 / 04 Noyabr 2026
123
18:35 / 04 Noyabr 2026
107
18:35 / 04 Noyabr 2026
2574
18:27 / 04 Noyabr 2026
87
18:21 / 04 Noyabr 2026
90
18:15 / 04 Noyabr 2026
76
18:14 / 04 Noyabr 2026
86
17:40 / 04 Noyabr 2026
99
17:13 / 04 Noyabr 2026
896
17:12 / 04 Noyabr 2026
123
17:02 / 04 Noyabr 2026
259
16:58 / 04 Noyabr 2026
96
16:54 / 04 Noyabr 2026
205
16:49 / 04 Noyabr 2026
103
16:34 / 04 Noyabr 2026
498
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.