Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
765
18.11.2021, 20:38
Rusiyanın Rostov vilayətində Ukrayna sərhədləri istiqamətində irəliləyən daha bir neçə yüz tank, o cümlədən digər çoxsaylı hərbi texnikanı daşıyan dəmiryol eşalonları görünüb.
Şahidlərin çəkdikləri və sosial şəbəkələrdə yerləşdirdikləri kadrlara əsasən bunlar T-72B2 və T-72B3 əsas döyüş tanklarıdır. Habelə dəmiryol platforması boyu düzülmüş “Uraqan” və “Qrad” reaktiv yaylım atəşi sistemləri, radioelektron mübarizə vasitələri və bir çox yardımçı texnika gözə dəyir.
Xatırladaq ki, Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməsi haqda xəbərlər artıq bir aya yaxındır yayılır. Bu günlərdə ABŞ rəsmən Avropa İttifaqını Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı haqda məlumatlandırıb. Habelə Pentaqon Ukrayna tərəfini xəbərdar edib ki, Moskva ona qarşı qış hücumuna başlaya bilər. Hesab edilir ki, Rusiya ordusu qış müharibəsi üçün daha hazırlıqlıdır və bu amil Ukrayna ordusunu sürətlə sıxışdırmağa kömək edəcək.
İki gün əvvəl isə NATO-nun Baş katibi Yens Stoltenberg Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi brifinq zamanı Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında “qeyri-adi fəallığı” barədə xəbərdarlıq edib. O bəyan edib ki, son bir ay ərzində Rusiya Ukrayna sərhədlərinə böyük sayda hərbi texnika cəmləşdirir və qeyri-adi hərbi fəallıq nümayiş etdirir. Stoltenberg Kremli sərhədyanı rayonlara bu cür qoşun cəmləşdirməklə hansı planları həyata keçirmək istədiyini izah etməyə çağırıb.
NATO Baş katibinin sözlərinə görə, Rusiya müdaxilə qərarı versə xəbərdarlıq və ya hazırlıq üçün vaxt qalmayacaq. “Belə hərbi imkanları Rusiya daha əvvəl Ukraynaya və Gürcüstana qarşı aqressiya üçün istifadə edib”, – o deyib.
mənbə: Moderator.az
17:38 / 09 Noyabr 2026
1
17:36 / 09 Noyabr 2026
9
17:22 / 09 Noyabr 2026
75
17:14 / 09 Noyabr 2026
63
16:56 / 09 Noyabr 2026
418
16:53 / 09 Noyabr 2026
274
16:43 / 09 Noyabr 2026
139
16:37 / 09 Noyabr 2026
120
16:32 / 09 Noyabr 2026
84
16:28 / 09 Noyabr 2026
87
16:25 / 09 Noyabr 2026
252
16:23 / 09 Noyabr 2026
118
16:19 / 09 Noyabr 2026
131
16:06 / 09 Noyabr 2026
373
15:54 / 09 Noyabr 2026
899
15:49 / 09 Noyabr 2026
97
15:47 / 09 Noyabr 2026
243
15:45 / 09 Noyabr 2026
355
15:40 / 09 Noyabr 2026
2323
15:34 / 09 Noyabr 2026
97
15:23 / 09 Noyabr 2026
124
15:13 / 09 Noyabr 2026
139
15:05 / 09 Noyabr 2026
787
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.