Qaynar xətt:

(+99450) 247 90 86

Əli Əliyev saxlanıldı

Əli Əliyev saxlanıldı

SON DƏQİQƏ

819

06.11.2021, 18:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev saxlanılması barədə məlumat yayılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Feysbuk səhifəsində paylaşıb.

Əvəz Zeynallı bu məlumatı Əli Əliyevin yaxınlarına istinadən paylaşdığını qeyd edib.

Baş redaktor həmçinin "Bumeranq" TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edib.

Musavat.com-a bildirilib ki, hazırda VİP sədri və "Bumeranq" TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.

Qeyd olunub ki, irəliləyən saatlarda VİP sədri Əli Əliyev və Elçin Rəhimzadə özləri məlumat yayacaqlar. Adları çəkilən şəxslərin sadəcə, ifadə üçün dəvət edildiyi vurğulanıb.