Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Kanaldan uşaq meyiti tapıldı: Görün,kim imiş

SON DƏQİQƏ! Kanaldan uşaq meyiti tapıldı: Görün,kim imiş

SON DƏQİQƏ

1936

18.07.2021, 20:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 18.07.2021-ci il tarixində günorta saatlarında Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan azyaşlının axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Oxu24.com  FHN-nin saytına istinadən bildirir ki, məlumat qəbul edildikdən dərhal sonra nazirliyiin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, kanalda batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğludur. Ə.Miriyevin meyiti Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin və yerli sakinlərin birgə səyi nəticəsində tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.