Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Polis daha bir rayonda əməliyyat keçirdi: Tutulan var

SON DƏQİQƏ! Polis daha bir rayonda əməliyyat keçirdi: Tutulan var

SON DƏQİQƏ

1223

18.07.2021, 20:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Famil Dəmirov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı F.Dəmirovdan satış məqsədilə qablaşdırılmış metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.