Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
381
26.06.2021, 18:36
"Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır".
Oxu24.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib.
"Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular.
O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik.
Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq.
Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir", - dövlət başçısı bildirib.
23:01 / 11 Noyabr 2026
9
22:55 / 11 Noyabr 2026
30
22:38 / 11 Noyabr 2026
78
22:31 / 11 Noyabr 2026
62
22:26 / 11 Noyabr 2026
5991
22:22 / 11 Noyabr 2026
67
22:20 / 11 Noyabr 2026
65
22:15 / 11 Noyabr 2026
759
22:11 / 11 Noyabr 2026
79
22:07 / 11 Noyabr 2026
88
22:06 / 11 Noyabr 2026
86
21:59 / 11 Noyabr 2026
125
21:45 / 11 Noyabr 2026
89
21:14 / 11 Noyabr 2026
748
21:08 / 11 Noyabr 2026
423
21:05 / 11 Noyabr 2026
116
20:58 / 11 Noyabr 2026
126
20:49 / 11 Noyabr 2026
601
20:47 / 11 Noyabr 2026
110
20:28 / 11 Noyabr 2026
113
20:22 / 11 Noyabr 2026
131
20:19 / 11 Noyabr 2026
113
20:08 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.