Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2087
25.02.2021, 14:18
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Lüksemburq xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirləri şərh edib.
XİN-dən Oxu24.com-a bildirilib ki, 24 fevral 2021-ci il tarixində Lüksemburq xarici işlər və Avropa məsələləri üzrə naziri Jan Asselbornun BMT İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı “Azərbaycan Dağlıq Qarabağda çoxlu dağıntılara səbəb olan hərbi hücumda və Türkiyəni onu dəstəkləməkdə” ittiham etməsi bu dövlət rəsmisinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir.
“Özünü insan hüquqları keşikçisi kimi qələmə verməyə çalışan Jan Asselborn, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayıb, bu ərazilərdə qanlı etnik təmizləmə həyata keçirərkən, 1 milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozarkən nə səbəbdən bu məsələni bir dəfə də olsun BMT İnsan Hüquqları Şurasında və ya digər müvafiq beynəlxalq platformada qaldırmayıb? Bəlkə Lüksemburq XİN-in Ermənistanın 27 sentyabr tarixində əl atdığı növbəti hərbi təxribat nəticəsində başlayan hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə döyüş əməliyyatları zonasından uzaqda yerləşən mülki insanları hədəfə aldığı, 100-dən çox günahsız azərbaycanlını qətlə yetirdiyi barədə məlumatı yoxdur?
İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə, o cümlədən Lüksemburq xarici işlər nazirinə baş ucalığı gətirməz”, - deyə şərhdə qeyd edilib.
20:20 / 13 Noyabr 2026
16
20:09 / 13 Noyabr 2026
102
20:06 / 13 Noyabr 2026
40
20:05 / 13 Noyabr 2026
46
19:58 / 13 Noyabr 2026
58
19:53 / 13 Noyabr 2026
152
19:41 / 13 Noyabr 2026
85
19:38 / 13 Noyabr 2026
481
19:35 / 13 Noyabr 2026
71
19:30 / 13 Noyabr 2026
250
19:28 / 13 Noyabr 2026
60
19:23 / 13 Noyabr 2026
79
19:05 / 13 Noyabr 2026
80
18:59 / 13 Noyabr 2026
83
18:59 / 13 Noyabr 2026
90
18:50 / 13 Noyabr 2026
90
18:38 / 13 Noyabr 2026
103
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
94
18:15 / 13 Noyabr 2026
106
18:04 / 13 Noyabr 2026
351
17:59 / 13 Noyabr 2026
113
17:46 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.