SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
713
07.05.2020, 23:28
Aprelin 8-də Aralıq dənizində yanan gəminin azərbaycanlı heyət üzvləri bu gün vətənə qayıdıblar.
Bunu “Report”a açıqlamasında yanğın baş verən “Bellatrix” gəmisinin göyərtəsində olmuş baş mexanik Məcidəli Kərimov deyib.
“Vətənə qayıtmağımızda bizə köməklik göstərən Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi də sağ olsun, bizə çox yardımçı oldular. Dövlət Komitəsinin əməkdaşları bizimlə müntəzəm maraqlanırdı. Həmçinin ölkəmizin Türkiyədəki səfirliyi ilə də daimi bizimlə təmasda idi. Onlar təxliyəmizə yardımçı oldular. Vətənə sağ-salamat qayıtmağımızda əməyi olan hər kəsə təşəkkür edirəm”, - Məcidəli Kərimov bildirib.
Onun sözlərinə görə, yanğın Malta yaxınlığında açıq dənizdə baş verib. Hadisəyə qısaqapanma səbəb olub. Gəmi heyəti yanğını söndürməyə çalışsa da, bu, güclü küləyə görə mümkün olmayıb.
Həmçinin oxuyun
“12 nəfər idik - 4 azərbaycanlı, 3 hind, 3 ukraynalı, 1 rus, 1 türk. Yanğından sonra bizi başqa gəmiyə mindirdilər. Xəsarət alan olmadı, amma bütün sənədlərimiz yandı. Yanğın olan gecə başqa gəmi bizimlə əlaqəyə girdi. İtaliyaya xəbər verildi, lakin həmin ölkə bizi qəbul etməkdən boyun qaçırdı”, - deyə o bildirib.
M.Kərimov deyib ki, İtaliya tərəfi qəbul etmədiyinə görə onlar Türkiyəyə üz tutublar. Beləliklə, aprelin 12-də dənizçilər Türkiyəyə yola düşüblər və pandemiya səbəbindən bir neçə gün İzmir sahillərindəki gəmidə karantin rejimində qalmalı olublar. Daha sonra İzmir şəhərində 4 gün qalaraq İstanbula yola düşüblər. Nəhayət, İstanbuldan təyyarə ilə Bakıya gələ biliblər.
Xatırladaq ki, aprelin 8-də yanğın baş vermiş “Bellatrix” gəmisində Gürcüstan dənizçilərinin iştirakı ilə xilasetmə əməliyyatı keçirilib. Yanan gəminin heyət üzvlərinin hamısı Panama bayrağı altında üzən və altı gürcüstanlı dənizçinin çalışdığı “ARIFE” yük gəmisi ilə xilas etmək mümkün olub.
Hadisə zamanı gəmidə 4 Azərbaycan vətəndaşı olub: - kapitanın baş köməkçisi Cahangir Əzizli, baş mexanik Məcidəli Kərimov, motorçu Kamil Bədəlov və motorçu Tələt Cəbrayilov.
18:13 / 08 May 2026
1
18:05 / 08 May 2026
29
17:55 / 08 May 2026
33
17:45 / 08 May 2026
33
17:35 / 08 May 2026
27
17:25 / 08 May 2026
28
17:15 / 08 May 2026
314
17:10 / 08 May 2026
42
16:56 / 08 May 2026
251
16:42 / 08 May 2026
71
16:40 / 08 May 2026
43
16:37 / 08 May 2026
49
16:32 / 08 May 2026
53
16:24 / 08 May 2026
822
16:22 / 08 May 2026
126
16:06 / 08 May 2026
75
16:04 / 08 May 2026
63
15:56 / 08 May 2026
157
15:43 / 08 May 2026
51
15:29 / 08 May 2026
213
15:21 / 08 May 2026
54
15:15 / 08 May 2026
73
15:06 / 08 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.