SON DƏQİQƏ! Prokuror qəzaya düşdü
17 Mart 2025, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
3013
07.05.2020, 12:07
Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri davam etdirilməkdədir.
Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Oxu24.com-a verilən məlumata görə, toplanılmış materiallar üzrə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Həmçinin oxuyun
16:37 / 08 May 2026
1
16:32 / 08 May 2026
20
16:24 / 08 May 2026
231
16:22 / 08 May 2026
34
16:06 / 08 May 2026
40
16:04 / 08 May 2026
42
15:56 / 08 May 2026
115
15:43 / 08 May 2026
37
15:29 / 08 May 2026
157
15:21 / 08 May 2026
42
15:15 / 08 May 2026
51
15:06 / 08 May 2026
47
15:02 / 08 May 2026
100
14:56 / 08 May 2026
97
14:51 / 08 May 2026
61
14:40 / 08 May 2026
210
14:29 / 08 May 2026
260
14:24 / 08 May 2026
60
14:19 / 08 May 2026
75
14:08 / 08 May 2026
215
14:06 / 08 May 2026
83
13:57 / 08 May 2026
59
13:46 / 08 May 2026
746
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.