Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə kişi arvadını öldürdü: Səbəb qısqanclıq imiş - YENİLƏNİB

Gəncədə kişi arvadını öldürdü: Səbəb qısqanclıq imiş - YENİLƏNİB

SİYASƏT

548

04.06.2022, 20:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə həyat yoldaşını qətlə yetirən kişi tutulub.

OXU24.COM-un yerli bürosunun məlumatına görə, hadisəni şəhər sakini, 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun törətdiyi məlum olub.

Sabir Şabanovun qısqanclıq zəminində həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

18:40

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ərdəbil küçəsində qeydə alınıb.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın xəstəxanada keçinib. İlkin məlumata görə, 32 yaşlı G.Həsənova həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.