Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
04 Noyabr 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
574
20.02.2022, 19:16
Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə planı əvvəlcədən hazırlanmış ssenari üzrə işə düşüb və gözlənildiyi kimi, proses Donbassda vəziyyətin süni şəkildə, separatçılar tərəfindən gərginləşdirilməsi ilə başlayıb. Artıq xəbər verildiyi kimi, qondarma “Donetsk və Luqansk xalq respublikaları” Ukraynanın “gözlənilən irimiqyaslı hücumu” barədə xəbərdarlıq edərək əhalinin kütləvi şəkildə Rusiyaya təxliyəsi barədə qərar veriblər. Dərhal Rusiya prezidenti Vladimir Putin “qaçqınlara yardım” barədə tapşırıqlar verib. Hərçənd gələn xəbərlər kütləvi təxliyənin baş vermədiyini, 2 gün ərzində cəmi 7-8 min nəfərin Rusiyaya daşındığını göstərir. Donbass əhalisi kütləvi təxliyədən imtina edir və öz evlərini tərk etmək istəmirlər.
Təmas xəttində isə separatçıların qüvvələri Ukrayna ordusunun mövqelərini artilleriyadan, tanklardan atəşə tutur. Kiyev Ukrayna hərbçilərinin özlərini qorumaq üçün cavab atəşi açmaq məcburiyyətində qaldıqlarını bildirirlər.
Hadisələrin bu cür dramatik şəkildə inkişaf etdiyi bir vaxtda ötən gün fevralın 19-da Almaniyanın Münhen şəhərində ənənəvi beynəlxalq təhlükəsizlik konfransı keçirilib və orada Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib. Konfransın əsas gündəmi Ukrayna ətrafında yaranmış böhran olub.

Böyük Britaniyanın baş naziri Boris Conson konfransda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumdan çəkinməyə çağırıb. Xəbərdarlıq edib ki, Rusiya müharibəyə qərar versə hər şeyi itirəcək. Və bu hərbi təcavüzün nəticələrini bütün dünya hiss edəcək.
Boris Consonun sözlərinə görə, kollektiv Qərb Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq edəcək, şirkətlər, dövlət təsisatları, fiziki şəxslər bu sanksiyaların təsiri altına düşəcək. Baş nazir deyib ki, bu gün Ukrayna sərhədlərində baş verənlər Rusiyanın Şimali Atlantika Alyansı üçün yaratdığı təhdidlərin nəticəsidir. Ona görə də müttəfiqlər uzun çəkən böhrana və Rusiyanın destruktiv hərəkətlərinə hazır olmalıdır.
20:13 / 04 Noyabr 2026
1
20:08 / 04 Noyabr 2026
64
19:57 / 04 Noyabr 2026
50
19:55 / 04 Noyabr 2026
44
19:55 / 04 Noyabr 2026
122
19:25 / 04 Noyabr 2026
69
19:18 / 04 Noyabr 2026
1815
19:17 / 04 Noyabr 2026
54
19:00 / 04 Noyabr 2026
73
18:41 / 04 Noyabr 2026
918
18:41 / 04 Noyabr 2026
101
18:37 / 04 Noyabr 2026
165
18:35 / 04 Noyabr 2026
142
18:35 / 04 Noyabr 2026
3094
18:27 / 04 Noyabr 2026
95
18:21 / 04 Noyabr 2026
115
18:15 / 04 Noyabr 2026
83
18:14 / 04 Noyabr 2026
98
17:40 / 04 Noyabr 2026
107
17:13 / 04 Noyabr 2026
1034
17:12 / 04 Noyabr 2026
135
17:02 / 04 Noyabr 2026
281
16:58 / 04 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.