Qaynar xətt:

(+99450) 247 90 86

İrandan nüvə proqramı ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM: Tehran razılaşdı  

İrandan nüvə proqramı ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM: Tehran razılaşdı  

SİYASƏT

50

28.09.2026, 23:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb və bunun müqabilində sanksiyaların yumşaldılmasını tələb edib.

Oxu24.com  xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Telekanalın Pakistan mənbələrinə istinadən verdiyi məlumata görə, razılığın əldə olunmasına İran-ABŞ danışıqlarında vasitəçilər yardım ediblər. İran rəsmiləri hələlik "Al Hadath"ın məlumatını şərh etməyiblər.

Bundan əvvəl "Axios" portalının və İsrailin "12-ci kanal" televiziyasının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən bildirib ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini yerinə yetirməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və ölkənin dondurulmuş aktivlərini blokdan çıxarmağa hazırdır.Oxu.Az