Bakıda Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
29 Noyabr 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
562
28.09.2026, 21:13
“TikTok”-un Türkiyədə bağlanacağı və platformaya ölkə üzrə girişin məhdudlaşdırılacağı ilə bağlı iddialar sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər “TikTok bağlanacaq?”, “Platformaya giriş qadağan ediləcəkmi?” və “TikTok nə vaxt bağlanacaq?” suallarına cavab axtarırlar.
Oxu24.com xəbər verir ki, müzakirələr ABŞ-ın Alabama ştatında “TikTok” ilə bağlı əldə olunan razılaşmadan sonra daha da artıb. Razılaşmaya əsasən, şirkət iddiaçı tərəfə 100 milyon dollar ödəyəcək. Bundan əlavə, uşaqların platformadan istifadəsi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
Belə ki, Alabama ştatında uşaqların “TikTok”-dan gündəlik istifadəsinə 2 saatlıq limit qoyulacaq. Həmçinin gecə saatlarında və məktəb vaxtı uşaqların tətbiqə girişinin məhdudlaşdırılması nəzərdə tutulur.
Bu xəbərin ardından sosial şəbəkələrdə “TikTok”-un Türkiyədə də bağlanacağı ilə bağlı iddialar yayılıb.
“TikTok” 10 oktyabrda bağlanacaq?
İnternetdə yayılan iddialarda “TikTok”-un 10 oktyabr 2026-cı ildə Türkiyədə bağlanacağı bildirilir. Lakin hazırda həmin tarixdə platformanın bütün istifadəçilər üçün bağlanacağını təsdiqləyən rəsmi qərar yoxdur.
Türkiyədə 15 yaşını tamamlamamış uşaqların sosial media istifadəsinə dair yeni hüquqi tənzimləmələr də “TikTok”-la bağlı müzakirələrin əsas mövzularındandır.
Lakin bu tənzimləmənin “TikTok”-un Türkiyədə tamamilə bağlanmasını deyil, 15 yaşdan aşağı şəxslərin sosial media platformalarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutduğu bildirilir.sfera.az
19:27 / 29 Noyabr 2026
12
19:13 / 29 Noyabr 2026
62
19:01 / 29 Noyabr 2026
74
18:58 / 29 Noyabr 2026
169
18:45 / 29 Noyabr 2026
88
18:29 / 29 Noyabr 2026
87
18:15 / 29 Noyabr 2026
117
15:24 / 29 Noyabr 2026
166
12:43 / 29 Noyabr 2026
384
12:03 / 29 Noyabr 2026
173
12:00 / 29 Noyabr 2026
204
11:33 / 29 Noyabr 2026
190
10:55 / 29 Noyabr 2026
210
10:25 / 29 Noyabr 2026
360
10:24 / 29 Noyabr 2026
754
10:00 / 29 Noyabr 2026
420
09:58 / 29 Noyabr 2026
209
09:54 / 29 Noyabr 2026
253
09:15 / 29 Noyabr 2026
208
01:31 / 29 Noyabr 2026
352
01:22 / 29 Noyabr 2026
325
00:11 / 29 Noyabr 2026
435
23:56 / 28 Noyabr 2026
817
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.