Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq
08 Noyabr 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
308
28.09.2026, 22:58
Bütün saxta ittihamları inkar edən, Sovet işğal rejimi tərəfindən güllələnən Azərbaycan pianoçusu Xədicə xanım Qayıbova (Müftizadə)
Oxu24.com onun haqqında maraqlı faktları tıəqdim edir:
Xədicə Qayıbova 1933-cü ildə həbs edilir, lakin ittiham sübut olunmadığı üçün 3 aydan sonra azadlığa buraxılır.
1938-ci ildə həyat yoldaşı Rəşid Qayıbov tutulduqdan sonra Xədicə xanım yenidən həbs olunur. O, xarici dövlətin kəşfiyyat agenti olmaq kimi saxta ittihamlarla üzləşsə də, bunları inkar edir və özünü təqsirli bilmir.
Zivər Əfəndiyeva Xədicə xanımı həbsdə olarkən belə təsvir edir:
"Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbiçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da var idi. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: "Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyub-oynayacağam. Qoy onlar sevinməsinlər".
1938-ci il oktyabrın 19-da erməni millətindən olan müstəntiq Tevosyanın hazırladığı və DTK zabiti, rus leytenantı Savçenkonun imzaladığı ittihamnamə əsasında Xədicə Qayıbova güllələnir. Xədicə xanımın məzarı yoxdur.
Bu, onun son fotosudur. Sovet işğal rejiminin törətdiyi saysız-hesabsız cinayətlərdən biridir. Unutmayaq, unutdurmayaq!
Jalə
12:39 / 08 Noyabr 2026
1
12:35 / 08 Noyabr 2026
23
12:29 / 08 Noyabr 2026
41
12:28 / 08 Noyabr 2026
45
12:27 / 08 Noyabr 2026
48
12:22 / 08 Noyabr 2026
54
12:17 / 08 Noyabr 2026
49
12:16 / 08 Noyabr 2026
58
12:14 / 08 Noyabr 2026
59
12:05 / 08 Noyabr 2026
157
11:59 / 08 Noyabr 2026
377
11:52 / 08 Noyabr 2026
117
11:48 / 08 Noyabr 2026
86
11:45 / 08 Noyabr 2026
83
11:40 / 08 Noyabr 2026
6871
11:37 / 08 Noyabr 2026
87
11:29 / 08 Noyabr 2026
85
11:06 / 08 Noyabr 2026
252
11:04 / 08 Noyabr 2026
103
10:58 / 08 Noyabr 2026
126
10:54 / 08 Noyabr 2026
127
10:23 / 08 Noyabr 2026
120
10:14 / 08 Noyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.