Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ
28 Sentyabr 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
40
28.09.2026, 20:55
Havaların soyuması ilə birlikdə avtomobil sahiblərini düşündürən əsas məsələlərdən biri nəqliyyat vasitələrinin mövsümə hazırlanması və yanacaq sərfiyyatının artmasıdır. Aşağı temperatur şəraitində yanacağın yanma effektivliyi düşür və mühərrikin optimal işçi temperaturuna çatması daha çox vaxt tələb edir. Bu vəziyyət mühərrikin və yanacaq sisteminin işinə birbaşa təsir göstərərək yanacaq sərfiyyatının nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olur. Bir çox sürücülər mühərriki yerində uzun müddət işlədərək qızdırmağın doğru olduğunu düşünsələr də, bu vərdiş əlavə yanacaq itkisi ilə nəticələnir. Eyni zamanda soyuq havalarda təkərlərdə təzyiqin aşağı düşməsi və qısa məsafələrə tez-tez hərəkət edilməsi də yanacaq sərfinə mənfi təsir göstərir. Avtomobilin qış fəslinə düzgün hazırlanmaması gələcəkdə həm əlavə maliyyə xərclərinə, həm də yollarda təhlükəsizlik risklərinə gətirib çıxara bilər.
Sürücülərin soyuq havalar düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini diqqətdə saxlaması və vacib yoxlamaları aparması xüsusi əhəmiyyət kəsb edir. Mövsümi keçid dövründə atılacaq doğru tədbirlər həm yanacağa qənaət etməyə, həm də nəqliyyat vasitəsinin ömrünü uzatmağa kömək edir.
Mövzu ilə bağlı Oxu24.com-a tənzimləmə və təmir üzrə mütəxəssis, avtomobil ustası Sahil Ağabəyli açıqlama verib.
Mütəxəssis bildirib ki, avtomobillərin qış mövsümünə tam keçidi və hazırlıq işləri adətən noyabr ayının 15-dən sonra daha aktiv fazaya qədəm qoyur. Lakin payız aylarından etibarən bu tədbirləri yavaş-yavaş həyata keçirməyə başlayan sürücülər də var.
Sahil Ağabəylinin sözlərinə görə, qış fəslinə hazırlıq zamanı sürücülərin mütləq aparmalı olduğu əsas texniki yoxlamalar və işlər aşağıdakılardır:
•Təkərlərin yenilənməsi və təzyiqi: Qış mövsümünə keçidlə bağlı qış təkərlərinin taxılması, təkərlərin ümumi vəziyyətinin və təzyiqinin yoxlanılması vacibdir. Aşağı temperaturda təkərdə təzyiq düşdüyündən sürtünmə artırvə bu da yanacaq sərfinə birbaşa təsir edir.
•Şüşəsilən maye: Şüşəsilən çənəki adi su donmaya qarşı xüsusi qış mayesi (antifriz tərkibli) ilə əvəzlənməlidir.
•Şüşəsilənlərin fırçaları (şotkaları): Şüşəsilənlərin fırçaları yenilənməlidir ki, yağışlı və qarlı havalarda ön şüşənin təmizlənməsi və görmə məsafəsi təhlükəsiz səviyyədə qalsın.
Mütəxəssis sonda əlavə edib ki, mühərriki yerində saatlarla işlətmək əvəzinə, 1-2 dəqiqəlik ilkin qızdırmadan sonra aşağı dövriyyə ilə hərəkətə başlamaq daha məqsədəuyğundur. Qısa məsafələrə tez-tez getmək mühərrikin normativ temperaturuna çatmasına imkan vermədiyi üçün bu dövrdə yanacaq sərfiyyatının artması təbiidir.
Soyuq havalarda yanacaq sərfiyyatının artması təbii fiziki proseslərlə bağlı olsa da, sürücülərin texniki profilaktik tədbirləri vaxtında görməsi bu xərcləri minimuma endirə bilər. Avtomobilin qışa vaxtında hazırlanması təkcə büdcəyə qənaət etməyəcək, həm də şaxtalı və yağıntılı günlərdə yollarda baş verə biləcək qəzaların və kəskin texniki nasazlıqların qarşısını alacaq.
Xüsusilə şaxtalı, yağıntılı və dumanlı günlərdə texniki baxışdan keçməmiş nəqliyyat vasitəsi ilə yola çıxmaq həm sürücünün, həm də digər yol hərəkəti iştirakçılarının həyatını riske atmaq deməkdir. Bu səbəbdən mütəxəssislər avtomobil sahiblərinə tövsiyə edir ki, havalar kəskin soyumadan təkərlərin, tormoz sisteminin və şüşəsilənlərin vəziyyətini diqqətdə saxlasınlar, vacib texniki qulluq işlərini təxirə salmadan həyata keçirsinlər.
Çimnaz Telmanqızı
21:08 / 28 Sentyabr 2026
3
21:06 / 28 Sentyabr 2026
8
21:00 / 28 Sentyabr 2026
25
20:53 / 28 Sentyabr 2026
30
20:40 / 28 Sentyabr 2026
64
20:33 / 28 Sentyabr 2026
94
20:30 / 28 Sentyabr 2026
271
20:27 / 28 Sentyabr 2026
93
20:15 / 28 Sentyabr 2026
118
20:14 / 28 Sentyabr 2026
47
20:10 / 28 Sentyabr 2026
50
20:07 / 28 Sentyabr 2026
263
20:02 / 28 Sentyabr 2026
63
19:58 / 28 Sentyabr 2026
49
19:52 / 28 Sentyabr 2026
61
19:50 / 28 Sentyabr 2026
57
19:37 / 28 Sentyabr 2026
56
19:29 / 28 Sentyabr 2026
1088
19:29 / 28 Sentyabr 2026
71
19:18 / 28 Sentyabr 2026
74
19:08 / 28 Sentyabr 2026
77
18:43 / 28 Sentyabr 2026
310
18:39 / 28 Sentyabr 2026
498
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.