Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan Rusiya qazına alternativ axtarır

Paşinyan Rusiya qazına alternativ axtarır

SİYASƏT

47

11.09.2026, 20:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paşinyan Rusiya qazına alternativ axtarır

Ermənistan qaz tədarükünü şaxələndirməyə davam edəcək.

Oxu24.com xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan jurnalistlərin Rusiya qazının qiymətlərinin mümkün artımı ilə bağlı suallarına cavab olaraq bildirib.

Ermənistan hökumətinin başçısı vurğulayıb ki, İrəvan Moskvanın qiymət siyasətindən asılı olmayaraq, böyük həcmli tədarük üçün alternativ marşrutlar və mənbələr axtaracaq. O əlavə edib ki, nə qədər çox belə təchizatçı tapa bilsə, bir o qədər yaxşıdır.

"Əgər tranzit ödənişləri də alacağımız Tramp marşrutu qaz kəmərinin Ermənistandan keçməsi mümkündürsə, bu marşrutu davam etdirə bilərik", - deyə Paşinyan əlavə edib.