Təmirə bağlanan xəstəxana ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR
10 Noyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
310
11.09.2026, 15:05
Azərbaycanda geniş yayılmış parazitar xəstəliklərdən biri də el arasında "qurd xəstəliyi" kimi tanınan exinokokkodur. Bu xəstəlik adətən heyvanlardan insanlara müxtəlif yollarla, o cümlədən birbaşa təmas zamanı keçir. Eyni zamanda, qidaların normal yuyulmadığı hallarda və ya xəstə heyvanların ətlərinin qəbul edilməsi də yoluxmaya səbəb ola bilər. Orqanizmə düşən parazitlər ağciyər, qaraciyər və böyrək kimi parenximatoz orqanlarda içərisi maye dolu kistalar yaradır. Xəstəliyin əlamətləri və müalicə üsulları isə kistaların yerləşdiyi orqandan və həcmindən asılı olaraq dəyişir.
Xəstəlik insan organizminə düşdükdə ağciyər, qaraciyər və böyrək kimi parenximatoz orqanlarda içərisində parazitlərin olduğu maye dolu kistalar əmələ gətirir. Ağciyərdə yaranan kistalar öskürək və tənəffüs çətinliyi (təngnəfəslik) kimi şikayətlərlə özünü büruzə verir.
Ağciyərlə bağlı problemlər zamanı olunan döş qəfəsi rentgeni vasitəsilə ağciyərlərin exinokokku asanlıqla aşkar olunur.
Exinokokkun yaratdığı kistalar müxtəlif ölçülərdə olur və kiçik ölçülü kistalar bəzən yalnız drman müalicəsi ilə aradan qaldırıla bilir. Xəstələr əsasən kistaların həcmi həddindən artıq böyüdüyü zaman müraciət etdikləri üçün bu problem yalnız əməliyyat üsulu ilə aradan qaldırılır.
Ağciyər exinokokkunun əməliyyatlarında həm açıq, həm də qapalı üsuldan istifadə olunur və bu zaman ağciyərin həcmi kiçilmir, yalnız kista aradan qaldırılır.
Nigar
22:35 / 10 Noyabr 2026
18
22:30 / 10 Noyabr 2026
144
22:27 / 10 Noyabr 2026
60
22:19 / 10 Noyabr 2026
58
22:04 / 10 Noyabr 2026
108
21:55 / 10 Noyabr 2026
411
21:51 / 10 Noyabr 2026
82
21:49 / 10 Noyabr 2026
171
21:46 / 10 Noyabr 2026
176
21:44 / 10 Noyabr 2026
87
21:40 / 10 Noyabr 2026
85
21:33 / 10 Noyabr 2026
18656
21:19 / 10 Noyabr 2026
103
21:12 / 10 Noyabr 2026
119
21:10 / 10 Noyabr 2026
427
20:56 / 10 Noyabr 2026
103
20:54 / 10 Noyabr 2026
528
20:46 / 10 Noyabr 2026
116
20:35 / 10 Noyabr 2026
132
20:17 / 10 Noyabr 2026
114
20:10 / 10 Noyabr 2026
1396
19:59 / 10 Noyabr 2026
120
19:58 / 10 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.