Cəbrayılda Azərbaycan-Türkiyə Meşəçilik Təhsil Mərkəzi açılıb
10 Noyabr 2026, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
401
11.09.2026, 18:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib.
Oxu24.com xəbər verir ki, yarmarkanın açılışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, digər qurumlardan nümayəndələr, işəgötürənlər, işaxtaran şəxslər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, məşğulluğun təminatı sahəsində tədbirlərin də uğurla davam etdirildiyini vurğulayıb. Aktiv məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının təşkilinin davamlı xarakter aldığı, bu yarmarkaların məşğulluğun təminatında önəmi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində məşğulluğun təmin olunmasına aktiv şəkildə dəstək göstərən işəgötürənlər 4 nominasiya üzrə mükafatlandırılıblar.
“Azerbaijan International Mining” şirkəti “Göndəriş əsasında ən çox işə qəbul həyata keçirən ən aktiv özəl sosial tərəfdaş”, “AzCotton” MMC “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Zəfər Bağları” MMC “Əmək və Məşğulluq” altsisteminə ən çox vakansiya daxil edən özəl sosial tərəfdaş”, “Qarabağ Tekstil Evi” MMC isə “Peşə hazırlığının təşkilinə ən fəal dəstək verən işəgötürən” nominasiyaları üzrə təltif ediliblər.
Əmək yarmarkasında dövlət və özəl sektora aid 26 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, qeydiyyatçı, dərzi, satınalma mütəxəssisi, çörəkçi, anbardar, çeşidləyici, sürücü, traktorçu-mexanizator və digər peşə istiqamətləri üzrə 222 vakansiya təqdim olunub. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb, habelə tədbir iştirakçılarına Agentliyin aktiv məşğulluq proqramları barədə məlumatlar verilib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmək yarmarkası çərçivəsində səyyar qəbul keçirib, tədbirə gələn vətəndaşların müraciətlərini dinləyib. Onların məşğulluq məsələlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Daha sonra “Regional məşğulluq ekosisteminin qurulması: işəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzurda sakinlərin layiqli yaşayışının təminatı istiqamətində görülən işlərə dair təqdimatlar edilib. Bu istiqamətdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. İşəgötürənləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.


01:50 / 11 Noyabr 2026
217
01:00 / 11 Noyabr 2026
164
00:31 / 11 Noyabr 2026
213
23:59 / 10 Noyabr 2026
198
23:57 / 10 Noyabr 2026
234
23:55 / 10 Noyabr 2026
622
23:53 / 10 Noyabr 2026
252
23:47 / 10 Noyabr 2026
1366
23:43 / 10 Noyabr 2026
225
23:39 / 10 Noyabr 2026
202
23:28 / 10 Noyabr 2026
402
23:27 / 10 Noyabr 2026
931
23:17 / 10 Noyabr 2026
1462
23:15 / 10 Noyabr 2026
199
23:00 / 10 Noyabr 2026
162
22:58 / 10 Noyabr 2026
197
22:55 / 10 Noyabr 2026
183
22:35 / 10 Noyabr 2026
161
22:30 / 10 Noyabr 2026
477
22:27 / 10 Noyabr 2026
140
22:19 / 10 Noyabr 2026
178
22:04 / 10 Noyabr 2026
255
21:55 / 10 Noyabr 2026
848
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.