Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
11 Sentyabr 2026, 15:24
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
37
11.09.2026, 17:02
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarları Bank Respublikanın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.
Oxu24.com apa-ya istinadən xəbər verir ki, AccessBank-dan verilən məlumata görə, Səhmlərin satın alınması başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək. Hər iki bank dayanıqlığı ilə seçilən ölkənin aparıcı banklarındandır. Planlaşdırılan birləşmə səhmdarların bankların gələcək böyüməsini və inkişafını dəstəkləmək məqsədilə qəbul etdikləri birgə biznes qərarını əks etdirir.
Bank Respublika və AccessBank oxşar korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank Azərbaycanın bütün bölgələrində mikro, kiçik və orta sahibkarlara dəstək göstərilməsinə xüsusi diqqət yetirir. Bu əqd nəticəsində daha geniş fəaliyyət miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik, müştərilərinə daha geniş imkanlar təqdim edən maliyyə institutu formalaşacaq. Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.
Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:
"Bu əqd Bank Respublika-nın inkişafında yeni və mühüm mərhələnin başlanğıcı olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, eləcə də onun sahibkarlığa və özəl sektorun inkişafına göstərdiyi güclü və ardıcıl dəstəyi əks etdirir.
Bu mühüm mərhələyə aparan uzun və mürəkkəb proses boyunca göstərdiyi davamlı dəstəyə və konstruktiv əməkdaşlığa görə Azərbaycan Respublikasının Mərkəzi Bankına da dərin minnətdarlığımızı bildiririk.
Beynəlxalq maliyyə institutları uzun illərdir ki, Bank Respublikanın mühüm tərəfdaşlarıdır və maliyyələşdirmə, ekspert dəstəyi və sıx əməkdaşlıq vasitəsilə inkişafımıza töhfə verirlər. İnkişafımızın növbəti mərhələsində aparıcı beynəlxalq maliyyə institutlarının Bank Respublikanın səhmdarlarına çevrilməsi və bununla da uzunmüddətli münasibətlərimizin yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bizi xüsusilə məmnun edir."
AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk bildirib:
"Hələ 2018-2019-cu illərdə AccessBank-ın beynəlxalq institusional kreditorları Bankın uğurlu restrukturizasiyası və yenidən kapitallaşdırılması üçün səylərini birləşdirmişdilər. Asiya İnkişaf Bankının (ADB) və responsAbility-nin rəhbərliyi ilə həyata keçirilən restrukturizasiya nəticəsində institusional kreditorlar Bankın yeni səhmdarlarına çevrilmiş, Bankın korporativ idarəetməsi gücləndirilmiş, fəaliyyətinin hərtərəfli yenidən təşkili və təkmilləşdirilməsi dəstəklənmişdir.
Həmin dövrdən etibarən AccessBank Azərbaycanın bank sektorunun inkişafına, eləcə də ölkə üzrə sahibkarların və müəssisələrin maliyyələşdirilməsinə mühüm töhfə verən, yüksək nəticələr göstərən, güclü və səmərəli idarə olunan maliyyə institutuna çevrilmişdir.
Bu gün həmin inkişaf yolunda növbəti mühüm mərhələyə qədəm qoyuruq. Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafına uzunmüddətli sadiqliyini qoruyaraq, AccessBank-ın beynəlxalq səhmdarları Bankın inkişafının növbəti mərhələsini ölkənin aparıcı maliyyə institutlarından biri olan Bank Respublikaya etibar edirlər. Bir-birini tamamlayan iki güclü bankın birləşdirilməsi gələcək artım, fəaliyyət miqyasının genişlənməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün möhkəm zəmin yaradır.
Bu mühüm mərhələyə çatmaq AccessBank və onun səhmdarlarının, Bank Respublika və onun səhmdarlarının, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının ortaq baxışı, qətiyyəti və sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Həmçinin, fədakarlıqları və peşəkarlıqları ilə Bankın uğurlu transformasiyasında həlledici rol oynamış AccessBank rəhbərliyinə və əməkdaşlarına səmimi minnətdarlığımı bildirmək istərdim."
İctimaiyyətə, hər iki bankın kreditorlarına və digər maraqlı tərəflərə satınalma və birləşmə prosesinin gedişi barədə mütəmadi məlumat veriləcək.
16:59 / 11 Sentyabr 2026
10
16:51 / 11 Sentyabr 2026
153
16:42 / 11 Sentyabr 2026
44
16:30 / 11 Sentyabr 2026
51
16:14 / 11 Sentyabr 2026
182
15:45 / 11 Sentyabr 2026
56
15:24 / 11 Sentyabr 2026
60
15:20 / 11 Sentyabr 2026
69
15:05 / 11 Sentyabr 2026
88
15:05 / 11 Sentyabr 2026
68
15:00 / 11 Sentyabr 2026
130
14:45 / 11 Sentyabr 2026
59
14:34 / 11 Sentyabr 2026
387
14:30 / 11 Sentyabr 2026
77
14:15 / 11 Sentyabr 2026
97
14:11 / 11 Sentyabr 2026
82
14:06 / 11 Sentyabr 2026
67
13:53 / 11 Sentyabr 2026
112
13:49 / 11 Sentyabr 2026
211
13:42 / 11 Sentyabr 2026
1276
13:28 / 11 Sentyabr 2026
139
13:05 / 11 Sentyabr 2026
107
12:57 / 11 Sentyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.