Bakıda DƏHŞƏT: Qız ağır yaralandı,sevgilisi öldü
10 Noyabr 2026, 20:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
587
11.09.2026, 18:26
Sabiq təhsil naziri Misir Mərdanov Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə barədə açıqlaması gündəm olub.
Oxu24.com xəbər verir ki, sabiq nazir “Pozan Media”ya açıqlamasında hazırda da Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında “soyuqluq” olduğunu bildirib.
Misir Mərdanov qeyd edib ki, anlaşılmazlıq nazir işlədiyi dövrlərdə də olub: “Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadə ilə də həmçinin. Bunu heç vaxt gizlətməmişəm, açıq demişəm. Sözün açığı, o vaxt istədiklərimin heç birini edə bilmədim. Məleykə Abbaszadənin qurumu ali məktəbə qəbul imtahanı aparırdı... Həmişə demişəm, bu gün də deyirəm ki, insanın qabiliyyətini qiymətləndirmək üçün yarım saat, bir saat onunla söhbət etmək kifayət deyil. Şagird orta məktəbdə 11 il oxuyur, ona müəyyən dərslər keçirilir. Respublikada hər fəndən bir nəfər qızıl medal alırdı, yaxud olimpiadada qalib olurdu. İstəyirdim ki, olimpiada qalibi həmin fənn üzrə imtahansız ali məktəbə götürülsün. Qoy bu, gələcək üçün stimul olsun. Heç birini etmədi. Sadəcə buna nail oldum - o dövrlər doqquzuncu və on birinci siniflərdə test imtahanı keçirdim ki, görək, bizdə bu necə olur? İnanın, mənim əleyhimə o qədər kampaniya apardılar, “yuxarıdan” dedilər ki, “sən bunu dayandır, bunu da onlar aparmalıdır”. İndi də doqquzuncu və on birinci siniflərdə test imtahanını DİM aparır. Əslində, bizim qanunda və dövlət standartlarında təhsilin əsas vəzifəsi şəxsiyyət yetişdirməkdir”.
20:17 / 10 Noyabr 2026
25
20:10 / 10 Noyabr 2026
79
19:59 / 10 Noyabr 2026
58
19:58 / 10 Noyabr 2026
58
19:52 / 10 Noyabr 2026
72
19:52 / 10 Noyabr 2026
71
19:43 / 10 Noyabr 2026
75
19:40 / 10 Noyabr 2026
100
19:26 / 10 Noyabr 2026
95
19:20 / 10 Noyabr 2026
446
19:06 / 10 Noyabr 2026
110
18:58 / 10 Noyabr 2026
599
18:56 / 10 Noyabr 2026
104
18:39 / 10 Noyabr 2026
176
18:26 / 10 Noyabr 2026
354
18:25 / 10 Noyabr 2026
146
18:19 / 10 Noyabr 2026
163
18:17 / 10 Noyabr 2026
128
18:04 / 10 Noyabr 2026
196
18:02 / 10 Noyabr 2026
1421
17:54 / 10 Noyabr 2026
141
17:42 / 10 Noyabr 2026
159
17:35 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.