Qaraciyər yağlanması bundan imiş - ŞOK SƏBƏB
11 Noyabr 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
304
11.09.2026, 14:45
Döş qəfəsi travmaları tibb sahəsində olduqca geniş və təcili müdaxilə tələb edən vacib mövzulardan biridir. Belə xəstələr adətən təcili tibbi yardım xəstəxanalarına çatdırılır və ya müraciət edirlər. Xəstənin vəziyyəti, başqa orqanların zədələnməsi, eləcə də ağciyər və döş qəfəsi travmasının olub-olmaması müalicə protokolunda əsas rol oynayır. İlk növbədə, xəstənin ümumi durumundan asılı olaraq tibbi protokollara uyğun addımlar atılır. Pnevmotoraks, hemotoraks və ağciyər yırtılması kimi patologiyalar zamanı müvafiq tədbirlər görülür.
Mövzu ilə bağlı ətraflı məlumatı oxucularımıza təqdim etmək üçün Oxu24.com olaraq torakal cərrahla həmsöhbət olduq.
Op. Dr. Fəyyaz Məmmədov bildirib ki, döş qəfəsi travmaları zamanı xəstənin vəziyyətindən asılı olaraq fərqli patologiyalar müşahidə oluna bilər:
“Ciyərlərin zədələnməsi nəticəsində plevral boşluğa havanın yığılması halıdır. İlk yardım olaraq plevral boşluğa drenaj yeridilir və hava yığıntısı aradan qaldırılmağa çalışılır. Zədə nəticəsində ağciyərlərin ətrafına qanın yığılmasıdır. Qanın miqdarından və saatda gələn həcmindən asılı olaraq ya izləmə (təqib) edilir, ya da qanın miqdarı çoxaldıqda xəstə əməliyyatxana şəraitinə alınır”.
Onun sözlərinə görə, ən ağır travmalardan biri olub, həm hava, həm də qanın bir yerdə plevral boşluqda yığılması ilə nəticələnir. Xəstənin vəziyyəti pisləşdikdə təcili olaraq əməliyyata alınır və travmadan asılı olaraq ağciyərin rezeksiyası (götürülməsi/kəsilməsi) icra olunur:
“Hər bir travma növündə ilkin mərhələdə plevral boşluğa drenaj qoyulur və xəstəyə ixtisaslaşmış tibbi yardım göstərildikdən sonra daha dəqiq müalicə prosedurlarına keçilir”.
Nigar
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.