Prezident qanun İMZALADI
06 İyul 2026, 16:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
579
06.07.2026, 16:21
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Oxu24.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.
Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib.
Görüşdə həmçinin Kiyevdəki Səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.
Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.
18:44 / 06 İyul 2026
5
18:36 / 06 İyul 2026
30
18:32 / 06 İyul 2026
29
18:20 / 06 İyul 2026
320
18:01 / 06 İyul 2026
37
17:43 / 06 İyul 2026
54
17:36 / 06 İyul 2026
50
17:28 / 06 İyul 2026
68
17:20 / 06 İyul 2026
88
17:13 / 06 İyul 2026
74
17:08 / 06 İyul 2026
72
17:08 / 06 İyul 2026
79
16:56 / 06 İyul 2026
80
16:54 / 06 İyul 2026
106
16:46 / 06 İyul 2026
73
16:27 / 06 İyul 2026
408
16:19 / 06 İyul 2026
86
16:08 / 06 İyul 2026
88
16:02 / 06 İyul 2026
74
15:56 / 06 İyul 2026
81
15:53 / 06 İyul 2026
84
15:34 / 06 İyul 2026
93
15:31 / 06 İyul 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.