Rusiyanın “kələyi kəsilir” – Professordan ŞOK proqnoz
02 İyul 2026, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
251
02.07.2026, 15:45
“Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Son dövrlərdə Bakı ilə Brüssel arasında intensivləşən siyasi dialoq göstərir ki, tərəflər arasındakı əməkdaşlıq artıq ənənəvi sahələrlə məhdudlaşmır, daha geniş strateji məzmun qazanır. Bu dinamikanın əsasında Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı beynəlxalq nüfuz, müstəqil və praqmatik xarici siyasəti, eləcə də regional proseslərə təsir imkanlarının əhəmiyyətli dərəcədə artması dayanır”.
Bu sözləri Oxu24.com-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Onun sözlərinə görə, son illərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər bir daha göstərir ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz siyasətində mühüm yer tutan tərəfdaşdır. Bakı artıq təkcə regionun deyil, bütövlükdə Avrasiya məkanının aparıcı siyasi və iqtisadi mərkəzlərindən biri kimi qəbul edilir. Məhz buna görə də Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi önəm verir.
Nadir Azəri bildirib ki, səfərin diqqətçəkən məqamlarından biri də Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir: “Son illərdə Azərbaycanın irəli sürdüyü təşəbbüslər göstərir ki, Cənubi Qafqazın gələcəyinə dair yeni siyasi baxış və əməkdaşlıq formatları məhz Bakıda formalaşır. Azərbaycan qarşıdurmanı deyil, dialoqu, regional inteqrasiyanı və qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən siyasət yürüdür. Avropa İttifaqının Bakıya artan marağı da ölkəmizin sülh gündəliyinə verdiyi töhfələrin və etibarlı tərəfdaş statusunun növbəti təsdiqidir.
Bununla yanaşı, Azərbaycanın əlverişli geostrateji mövqeyi və son illərdə yaradılmış müasir nəqliyyat-logistika infrastrukturu ölkəmizi Şərqlə Qərb arasında əsas bağlantı mərkəzlərindən birinə çevirib. Azərbaycan artıq yalnız enerji resursları ixrac edən ölkə deyil, eyni zamanda Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm tranzit və kommunikasiya platforması rolunu oynayır”.
İctimai Birliyin sədri vurğulayıb ki, səfərin əsas gündəlik mövzularından biri də enerji əməkdaşlığının yeni mərhələsinə keçidlə bağlıdır: “Dünyada yaşıl enerjiyə keçidin sürətləndiyi indiki mərhələdə Azərbaycan ənənəvi enerji ixracatçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də Avropanın etibarlı tərəfdaşına çevrilir. Xəzər hövzəsinin zəngin yaşıl enerji potensialı, xüsusilə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin birgə həyata keçirdiyi layihələr yaxın illərdə Avropanın yeni enerji xəritəsinin formalaşmasında mühüm rol oynayacaq.
Bu baxımdan, Ursula fon der Lyayenin Bakıya səfəri təkcə mövcud əməkdaşlığın genişləndirilməsi deyil, həm də Avropa İttifaqının Azərbaycanın regional liderliyinə, sülh təşəbbüslərinə, eləcə də Mərkəzi Asiya ilə birlikdə Avropanın enerji təhlükəsizliyi və yaşıl enerji strategiyasında oynayacağı rola verdiyi siyasi əhəmiyyətin aydın ifadəsidir”.
18:28 / 02 İyul 2026
5
18:00 / 02 İyul 2026
32
17:41 / 02 İyul 2026
39
17:35 / 02 İyul 2026
46
17:27 / 02 İyul 2026
40
17:20 / 02 İyul 2026
45
17:16 / 02 İyul 2026
41
17:10 / 02 İyul 2026
59
17:10 / 02 İyul 2026
60
17:00 / 02 İyul 2026
65
16:53 / 02 İyul 2026
76
16:37 / 02 İyul 2026
65
16:26 / 02 İyul 2026
74
16:25 / 02 İyul 2026
72
16:12 / 02 İyul 2026
75
16:03 / 02 İyul 2026
76
15:59 / 02 İyul 2026
81
15:42 / 02 İyul 2026
75
15:38 / 02 İyul 2026
70
15:06 / 02 İyul 2026
79
15:02 / 02 İyul 2026
75
14:57 / 02 İyul 2026
83
14:53 / 02 İyul 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.