İran bütün istiqamətlərdən HƏRƏKƏTƏ KEÇDİ - Sərhədə ordu yeritdi
20 Sentyabr 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
629
02.07.2026, 17:35
Rus ordusunun Kiyevə hava hücumları nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb, 86 yaralı var. Artıq Ukrayna paytaxtında matəm elan edilib.
Oxu24.com xəbər verir ki, tərəflər arasında artan hücumları şərh edən professor Qabil Hüseynli Musavat.com-a deyib ki, Rusiyaya müharibədə ən çox kömək edən ölkələrdən biri Çindir. Onun sözlərinə görə, Şimali Koreyanın Rusiyaya göndərdiyi əsgərlərin Kurskda və başqa yerlərdə döyüşməsinin əsas təşviqatçısı da bu ölkədir: “Bir çox ekspertlər artıq deyirlər ki, əgər bu gün Si Tsinpin “dayan” desə, müharibə dərhal dayandırılacaq. Çünki o, silah-sursat verməyəcək və Rusiya tamamilə kollaps vəziyyətində qalacaq. Hazırda bu məsələ həm Avropada, həm də ABŞ-də müzakirə olunur. Deməli, Çin adlı dövlət ikili xətt yeridirmiş. Bir yandan müharibənin dayandırılmasını tələb etdiyini bəyan edir, digər tərəfdən isə müharibənin qızışdırılması üçün əlindən gələni əsirgəmir”.
Yorğun rus hərbçilərinin “siqaret fasiləsi” – “Bu, onların ölkəsini dağıdacaq”
Professorun fikrincə, bundan sonra Rusiyadan daha çox Çin məsələsi gündəmə gələcək: "Çin həqiqətən də Ukraynaya qarşı amansız və qanlı müharibənin həyata keçirilməsində “birinci skripka” rolunu oynayıb. Buna görə də cavab verməli olacaq. Əslində, indiki vəziyyətdə müharibədə dönüş yaranmayıb. Sadəcə, rus ordusu əvvəlki intensivliklə hücum edirdi, indi də hücum edir, amma bir santimetr də olsun irəliləyə bilmir. Əksinə, son bir ayda Ukrayna özünün müəyyən ərazilərini geri qaytara bilib. Nəzərə alsaq ki, Rusiyada ciddi yanacaq böhranı yaşanır. Benzin, dizel və digər yanacaq növləri ilə bağlı problemlər var. Rusiyanın əksər ərazilərində su problemi mövcuddur. İctimai iaşə sektoru da demək olar ki, normal işləyə bilmir. Çünki bu sahələr yanacaqdan və digər zəruri materiallardan asılıdır”.
Q.Hüseynli hesab edir ki, Rusiyanın hərbi sənayesində də ciddi çətinliklər yaranıb: “Hətta adi mərmi istehsalında belə problemlərin olduğu bildirilir. Çünki buna lazım olan materiallar çatışmır. Həmin materialların Rusiyaya verilməməsi üçün həm ABŞ, həm də Avropa ölkələri Çinə ciddi təzyiq göstərir. Buna görə də Rusiyanın hücum qabiliyyətinin intensivliyi azalıb. Müxtəlif sərhəd və cəbhə istiqamətlərində əvvəlki fəallıq da xeyli zəifləyib. Əvəzində isə Ukraynanın dron hücumları daha da sürətlənib.
Politoloq Qabil Hüseynli: " Azərbaycan düşmənlərinin işidir..."
Professorun qənaətinə görə, müharibənin başa çatması üçün ən real ssenarilərdən biri Krımın tamamilə Ukraynaya qaytarılmasıdır: “Çünki cəbhəyə gedən əsas logistik əlaqələr, yollar və silah-sursat daşınması əsasən Krımdan keçirdi. Həmin yollar üzərində üç mühüm körpü var idi. Ən böyük körpü artıq sıradan çıxarılıb. Digər iki körpü də vurularaq istifadəsiz vəziyyətə salınıb. Artıq Rusiyanın Krımla əlaqəsi ciddi şəkildə zəifləyib. Donbasla olan logistik əlaqələr də böyük ölçüdə pozulub. Həmin istiqamətdə Ukrayna qoşunları rus qoşunlarını üstələyiblər. Hazırda Ukraynanın ardıcıl hücumları nəticəsində Rusiya demək olar ki, özünü itirib. Buna görə də davamlı olaraq atəşkəs çağırışları, danışıqlar və digər təkliflər səsləndirilir. Müharibə Rusiyanın tam kapitulyasiyası və təslim olması ilə nəticələnə bilər”.
Həmçinin oxuyun
03:01 / 21 Sentyabr 2026
108
23:42 / 20 Sentyabr 2026
70
23:22 / 20 Sentyabr 2026
53
23:22 / 20 Sentyabr 2026
85
22:50 / 20 Sentyabr 2026
123
22:34 / 20 Sentyabr 2026
109
22:03 / 20 Sentyabr 2026
82
21:41 / 20 Sentyabr 2026
226
21:28 / 20 Sentyabr 2026
93
20:40 / 20 Sentyabr 2026
104
20:31 / 20 Sentyabr 2026
219
20:12 / 20 Sentyabr 2026
79
20:05 / 20 Sentyabr 2026
94
19:49 / 20 Sentyabr 2026
1687
19:29 / 20 Sentyabr 2026
118
19:17 / 20 Sentyabr 2026
112
18:59 / 20 Sentyabr 2026
97
18:59 / 20 Sentyabr 2026
926
18:55 / 20 Sentyabr 2026
270
18:52 / 20 Sentyabr 2026
94
18:48 / 20 Sentyabr 2026
106
18:47 / 20 Sentyabr 2026
268
18:23 / 20 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.