ATƏT PA-da Azərbaycan və ABŞ heyətləri arasında görüş keçirilib
07 İyul 2026, 17:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
487
17.06.2026, 12:57
Politoloq Elxan Şahinoğlu Rusiya siyasi və ekspert dairələrində Çin siyasətinə münasibətdə fərqli yanaşmaların formalaşdığını bildirib.
Oxu24.com xəbər verir ki, politoloqun sözlərinə görə, Kreml Pekini strateji tərəfdaş kimi qiymətləndirməyə davam edir və iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədə saxlanılır. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov da Prezident Vladimir Putinin may ayında Çinə səfərinin nəticələrini müsbət qiymətləndirərək, bunun beynəlxalq sabitliyə töhfə verdiyini qeyd edib.
Bununla yanaşı, Rusiya daxilində Çin-Rusiya münasibətlərinə daha tənqidi yanaşan fikirlər də mövcuddur. Dövlət Dumasının deputatı Konstantin Zatulin hesab edir ki, Çin Rusiyaya gözlənilən səviyyədə dəstək göstərmir və daha çox öz maraqlarını ön planda tutur.
Zatulinin fikrincə, Pekin Avropa İttifaqı–Ukrayna müharibəsi kontekstində Moskvanı yetərincə dəstəkləmir, eyni zamanda enerji resurslarının qiymətində Rusiyanın ziyanına olan siyasət yürüdür.
Elxan Şahinoğlu isə qeyd edir ki, Çin Rusiyaya borclu deyil və Pekin Ukraynaya qarşı müharibə qərarında iştirak etməyib. Onun sözlərinə görə, Çin müəyyən sahələrdə Rusiyaya texnoloji və sənaye dəstəyi göstərsə də, bu, açıq hərbi-siyasi ittifaq səviyyəsində deyil.
Politoloq vurğulayıb ki, Çin həm Rusiya, həm də İranla bağlı proseslərdə əsasən öz strateji maraqlarından çıxış edir və bu ölkələrin tam məğlubiyyətində maraqlı deyil. Onun fikrincə, Pekin Moskva və Tehranın tam zəifləməsinin qarşısını almağa çalışaraq, qlobal güc balansında öz mövqeyini qoruyur.
Turan
18:26 / 07 İyul 2026
6
18:11 / 07 İyul 2026
24
17:55 / 07 İyul 2026
38
17:55 / 07 İyul 2026
38
17:40 / 07 İyul 2026
36
17:38 / 07 İyul 2026
39
17:30 / 07 İyul 2026
41
17:22 / 07 İyul 2026
59
17:18 / 07 İyul 2026
65
17:11 / 07 İyul 2026
63
17:05 / 07 İyul 2026
82
17:04 / 07 İyul 2026
73
16:47 / 07 İyul 2026
78
16:35 / 07 İyul 2026
74
16:19 / 07 İyul 2026
95
16:13 / 07 İyul 2026
76
16:09 / 07 İyul 2026
91
16:01 / 07 İyul 2026
84
15:58 / 07 İyul 2026
95
15:43 / 07 İyul 2026
82
15:42 / 07 İyul 2026
100
15:36 / 07 İyul 2026
90
15:33 / 07 İyul 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.