Gicitkən çayı - kimlər içməlidir?
10 Noyabr 2026, 05:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
943
07.07.2026, 15:33
Azərbaycanda ət bazarında ciddi qiymət dəyişikliyinə səbəb ola biləcək yeni qərar qəbul edilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinə cavab verməlidir. Bu yeni qayda "İdxal olunan ətin qiyməti kəskin bahalaşacaq?" sualını gündəmə gətirib.
Mövzu ilə bağlı Oxu24.com-a mühüm açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yeni qaydaların tətbiqi nəticəsində diri heyvanların daşınması üçün ixtisaslaşdırılmış nəqliyyat vasitələrindən istifadə tələbi logistika və daşınma xərclərini müəyyən qədər artıra bilər. Ekspertin sözlərinə görə, bu artım idxal olunan heyvanların maya dəyərinə müəyyən təsir göstərə bilər. Lakin daşınma xərcləri ətin ümumi maya dəyərinin yalnız bir hissəsini təşkil etdiyindən, təkcə bu amilin qiymətlərdə ciddi artım yaratması gözlənilmir.
İqtisadçı ekspert ətin satış qiymətinə təsir edən əsas amilləri və bazardakı real vəziyyəti Oxu24.com vasitəsilə ictimaiyyətə ətraflı şəkildə təqdim edib:“Ətin satış qiymətinə təsir edən əsas amillər yem xərcləri, idxal həcmi, valyuta məzənnəsi, daxili təklif və tələbat, eləcə də ümumi inflyasiya kimi faktorlardır. Buna görə də yeni daşınma tələbləri qiymətlərə müəyyən təzyiq yarada bilsə də, yaxın dövrdə yalnız bu səbəbdən bazarda kəskin bahalaşma olacağını söyləmək doğru olmaz”.
Ekspert bildirib ki, əgər idxalçılar yeni tələblərə qısa müddətdə uyğunlaşa bilsələr və heyvan tədarükündə ciddi fasilələr yaranmasa, bazara təsirin məhdud olacağı gözlənilir:“Bununla belə, uyğunlaşma dövründə logistika xərclərinin artmasının qiymətlərə qismən əks olunması ehtimalı istisna edilmir. Orta və uzun müddətdə isə bazar iştirakçılarının yeni tələblərə uyğun fəaliyyət göstərməsi ilə bu təsirin azalacağı gözlənilir”.
Çimnaz Telmanqızı
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.