Məhkəmə qərarı icra olunmursa hara şikayət etməliyik?
09 Noyabr 2026, 22:31
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
649
07.07.2026, 13:45
Azərbaycanda torpaq mübahisələri ilə bağlı vətəndaşların üzləşdiyi problemlərdən biri də vaxtilə Bağlar İdarəsi tərəfindən ayrılmış torpaq sahələrinin sonradan başqa şəxslər tərəfindən zəbt edilməsi hallarıdır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Mehdi Zeynalov bildirib ki, vətəndaşın əlində torpaq sahəsinin ona ayrıldığını təsdiq edən hüquqi sənəd varsa, həmin sənəd onun mülkiyyət və ya istifadə hüququnun əsas sübutlarından biri hesab olunur.
Vəkilin sözlərinə görə, əvvəllər bağ sahələrinin ayrılması ilə Bağlar İdarəsi məşğul olub və 2007-ci ilin may ayına qədər bu sahədə səlahiyyətli qurum kimi fəaliyyət göstərib. Sonradan həmin səlahiyyətlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilsə də, Bağlar İdarəsinin həmin dövrdə verdiyi sənədlər hüquqi qüvvəsini saxlayır və daşınmaz əmlak üzərində hüququ təsdiq edən sənədlər sırasında qəbul edilir.
Mehdi Zeynalov qeyd edib ki, əgər vətəndaşın əlində Bağlar İdarəsi tərəfindən verilmiş rəsmi sənəd olduğu halda torpaq sahəsindən başqa şəxs istifadə edirsə və ya onu sahibinə verməkdən imtina edirsə, bu halda torpaq sahəsinin qanunsuz zəbt edilməsi ehtimalı araşdırılmalıdır.
"Əgər həmin torpaq qanuni əsaslarla başqa şəxsə verilməyibsə və vətəndaşın hüququnu təsdiq edən sənəd mövcuddursa, çox güman ki, söhbət torpaq sahəsinin qanunsuz zəbt edilməsindən gedir. Heç kim başqa şəxsə məxsus torpaq sahəsini özbaşına istifadə edə və ya ona sahib çıxa bilməz", – deyə vəkil bildirib.
Hüquqşünasın sözlərinə görə, belə hallarda ilk növbədə torpaq sahəsinin hüquqi statusu dəqiqləşdirilməli, mövcud sənədlər araşdırılmalı və aidiyyəti dövlət qurumlarına müraciət edilməlidir.
Mehdi Zeynalov bildirib ki, vətəndaş əvvəlcə ərazi üzrə müvafiq dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına və ya torpaq məsələlərinə cavabdeh qurumlara müraciət edə bilər. Problem inzibati qaydada həll olunmadığı təqdirdə isə hüquqların bərpası üçün məhkəməyə müraciət etmək mümkündür.
Vəkil vurğulayıb ki, əlində hüquqi sənədi olan şəxs məhkəmə qaydasında öz hüququnun tanınmasını və torpaq sahəsinin ona qaytarılmasını tələb edə bilər. Məhkəmə təqdim olunan sənədləri, torpağın hüquqi vəziyyətini və tərəflərin iddialarını araşdıraraq müvafiq qərar qəbul edir.
Mehdi Zeynalov əlavə edib ki, torpaq mübahisələrində əsas məsələ hüququ təsdiq edən sənədlərin mövcudluğu və onların qanunvericiliyə uyğunluğudur. Bu səbəbdən vətəndaşlar torpaq sahələri ilə bağlı bütün sənədlərini qorumalı, hər hansı qanunsuz müdaxilə ilə qarşılaşdıqları halda isə vaxt itirmədən aidiyyəti qurumlara müraciət etməlidirlər.
Sonda vəkil qeyd edib ki, qanuni sənədi olan şəxsin hüququ qanunla qorunur və torpaq sahəsinin özbaşına zəbt edilməsi və ya qanunsuz istifadə olunması qanunvericiliyə ziddir. Onun sözlərinə görə, zərərçəkmiş şəxs hüquqlarının bərpasını qanunvericiliyin müəyyən etdiyi qaydada tələb edə bilər.
Turan
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.