Qaynar xətt:

(+99450) 247 90 86

Zahid Oruc: Rəqəmsal sektora xüsusi vergi dəstəyi veriləcək

Zahid Oruc: Rəqəmsal sektora xüsusi vergi dəstəyi veriləcək

SİYASƏT

502

07.07.2026, 13:15

Milli Məclisin deputatı Zahid Oruc "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərlə bağlı çıxışında ölkənin rəqəmsal inkişaf strategiyası və kibertəhlükəsizlik sahəsində nəzərdə tutulan yeniliklər barədə danışıb.

Oxu24.com xəbər verir ki, deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələnin hüquqi əsaslarını müəyyənləşdirir. Onun sözlərinə görə, layihənin hazırlanmasını zəruri edən əsas səbəb XXI əsrdə milli təhlükəsizlik anlayışının dəyişməsi, rəqəmsal suverenliyin, dövlət informasiya sistemlərinin, maliyyə sektorunun və kritik infrastrukturun milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilməsidir.

Zahid Oruc qeyd edib ki, ölkədə rəqəmsal dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya ilə qoyulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə elektron hökumət, rəqəmsal xidmətlər, kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyat istiqamətində ardıcıl islahatlar həyata keçirilib.

Deputat vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında 58 təşəbbüs, 34 qanunvericilik aktına, 9 Prezident fərmanına və Nazirlər Kabinetinin 3 qərarına dəyişiklik edilməsi planlaşdırılıb.

Zahid Orucun sözlərinə görə, qanun layihəsində rəqəmsal sferada fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri, yüksək ixtisaslı İT mütəxəssislərinin isə gəlir vergisindən tam azad edilməsi nəzərdə tutulur.

Deputat bildirib ki, myGov platforması bütün dövlət xidmətləri üçün vahid rəqəmsal pəncərəyə çevrilir. Hazırda e-Sosial, e-TƏBİB və e-Su sistemləri tam inteqrasiya olunub, e-Polis, Mobil Notariat, Azərişıq, Reseptim və digər xidmətlərin inteqrasiyasının isə ilin sonunadək başa çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, son üç ayda myGov platformasının istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksəlib.

Deputat qeyd edib ki, son on ildə ali təhsil müəssisələrində İT ixtisaslarına qəbul təxminən beş dəfə artsa da, bununla yanaşı müəllim heyətinin, laboratoriyaların və təhsil proqramlarının da inkişaf etdirilməsi vacibdir.

Zahid Oruc vurğulayıb ki, qanun layihəsinin əsas məqsədi kibercinayətkarlıq, məlumat sızmaları, fidyə proqramları, saxta domenlər, sosial mühəndislik hücumları və süni intellekt vasitəsilə həyata keçirilən manipulyasiyalara qarşı qabaqlayıcı kibertəhlükəsizlik sisteminin formalaşdırılmasıdır.

Deputat bildirib ki, layihə beynəlxalq təcrübəyə uyğundur və Avropa İttifaqının NIS2 Direktivi, Estoniya, Finlandiya və ABŞ-ın kibertəhlükəsizlik modelləri nəzərə alınmaqla hazırlanıb.

Onun sözlərinə görə, qanun layihəsində ilk dəfə olaraq kiberməkan, kibertəhlükəsizlik, kibergigiyena, rəqəmsal dəlil, Rəqəmsal Tədqiqatlar Mərkəzi, Milli Kiberinsidentlərə Cavab Mərkəzi (CERT), Dövlət Kiberinsidentlərə Cavab Mərkəzi və Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) kimi anlayışlar sistemli şəkildə qanunvericilikdə təsbit olunur.

Zahid Oruc əlavə edib ki, layihədə rəqəmsal dəlillərin hüquqi əsaslarının formalaşdırılması, dövlət və özəl sektor arasında məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi, dövlət informasiya sistemlərinin təhlükəsizlik auditinin gücləndirilməsi və Milli Kibertəhlükəsizlik Agentliyinin institusional fəaliyyətinin tamamlanması da nəzərdə tutulur.

Deputat qeyd edib ki, Milli Kibertəhlükəsizlik İndeksinin 2026-cı ilin iyun göstəricilərinə əsasən Azərbaycan 83,33 balla 31-ci, Gürcüstan 64-cü, Ermənistan isə 97-ci yerdə qərarlaşıb.

Zahid Oruc bank sektorunda son illər artan fişinq hücumlarına da diqqət çəkərək bildirib ki, Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə ödəniş kartları üzrə 28 min 766 rəqəmsal dələduzluq əməliyyatı qeydə alınıb və vətəndaşlara dəymiş zərər 5 milyon manatdan çox olub.

Deputat sonda vurğulayıb ki, təqdim olunan qanun layihəsi Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi prioritetlərin hüquqi davamıdır və həm Milli Məclis, həm də ictimaiyyət tərəfindən dəstəklənəcəyinə inanır.

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  

19:34 / 05 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  

77

0
Məktəb alış-verişi edərkən diqqətli olun: Uşaqlarınız zəhərlənə bilər  

19:23 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məktəb alış-verişi edərkən diqqətli olun: Uşaqlarınız zəhərlənə bilər  

76

0
Zelenski Azərbaycan əsilli prokuroru təltif edib 

19:12 / 05 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Zelenski Azərbaycan əsilli prokuroru təltif edib 

112

0
Tanınmış memar: "Birmənalı şəkildə tarixi abidələrin üzərində hər hansı kənar müdaxilə qadağandır"

19:00 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tanınmış memar: "Birmənalı şəkildə tarixi abidələrin üzərində hər hansı kənar müdaxilə qadağandır"

268

0
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib

18:53 / 05 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib

84

0
Şəhid anası Şuşada qayalara yazı yazanlara etirazını bildirdi:Bu tarixi abidələr bizim qan yaddaşımızdır  

18:46 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şəhid anası Şuşada qayalara yazı yazanlara etirazını bildirdi:Bu tarixi abidələr bizim qan yaddaşımızdır  

298

0
Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən Festivalların tanıdılmasıdır

18:43 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Anar Cəfərov: Festivalın məqsədi Gəncə-Daşkəsən zonasında yetişdirilən Festivalların tanıdılmasıdır

77

0
DİN açıqlama yaydı: Mustafa Əfəndiyev saxlanılıb

18:31 / 05 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

DİN açıqlama yaydı: Mustafa Əfəndiyev saxlanılıb

221

0
Bu məktəblərin fəaliyyəti dayandırılacaq 

18:16 / 05 Sentyabr 2026

QARABAĞ QARABAĞ

Bu məktəblərin fəaliyyəti dayandırılacaq 

91

1
Şuşada qayalara yazı yazma: ehtiramın yanlış ünvanı 

18:16 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şuşada qayalara yazı yazma: ehtiramın yanlış ünvanı 

85

0
Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO  

18:10 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO  

91

0
Şuşada qayalara yazı yazanlara qarşı tədbir güclənməlidir 

18:08 / 05 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şuşada qayalara yazı yazanlara qarşı tədbir güclənməlidir 

86

0