Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
27 Sentyabr 2026, 00:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1344
07.07.2026, 10:15
TəhsilPlus kartı çərçivəsində təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin əhatə dairəsi genişlənir.
Bu barədə Oxu24.com-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Bildirilib ki, iyulun 1-dən sentyabrın 30-u tarixləri ərzində Gəncə şəhərində ictimai nəqliyyat üzrə bütün TəhsilPlus kartları ilə həyata keçirilən ödənişlər zamanı məbləğin 10%-i kart hesabına geri qaytarılacaq.
Geri qaytarılan məbləğ hər bir əməliyyatdan dərhal sonra, real vaxt rejimində istifadəçinin TəhsilPlus kart hesabına köçürüləcək. Təklif çərçivəsində geri qaytarılan məbləğ və əməliyyat sayı üzrə hər hansı limit nəzərdə tutulmur.
TəhsilPlus kartı istifadəçiləri nəqliyyat sahəsində daha bir üstünlükdən də daim yararlana bilirlər. Belə ki, BakıKart QR bilet vasitəsilə həyata keçirilən ödənişlər zamanı 10% bonus hesablanır.
Nəqliyyat üstünlükləri ilə yanaşı, TəhsilPlus kartı istifadəçiləri layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər kateqoriyalar üzrə xüsusi endirim və bonuslardan da yararlana bilirlər.
"TəhsilPlus" layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində kartların bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərinə mərhələli şəkildə təqdim edilməsi nəzərdə tutulur. Eyni zamanda təhsil işçiləri üçün müxtəlif sahələrdə yeni üstünlüklərin yaradılması və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
00:20 / 27 Sentyabr 2026
1
00:06 / 27 Sentyabr 2026
38
23:58 / 26 Sentyabr 2026
82
23:09 / 26 Sentyabr 2026
65
22:54 / 26 Sentyabr 2026
445
22:48 / 26 Sentyabr 2026
64
22:16 / 26 Sentyabr 2026
60
21:58 / 26 Sentyabr 2026
60
21:58 / 26 Sentyabr 2026
71
21:50 / 26 Sentyabr 2026
79
21:40 / 26 Sentyabr 2026
68
21:30 / 26 Sentyabr 2026
82
21:15 / 26 Sentyabr 2026
73
21:04 / 26 Sentyabr 2026
132
20:14 / 26 Sentyabr 2026
90
20:00 / 26 Sentyabr 2026
726
19:44 / 26 Sentyabr 2026
94
19:26 / 26 Sentyabr 2026
80
19:11 / 26 Sentyabr 2026
459
18:58 / 26 Sentyabr 2026
81
18:38 / 26 Sentyabr 2026
68
18:19 / 26 Sentyabr 2026
82
17:57 / 26 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.