Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-nin Komitəsində qəbul edilib
11 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
537
21.05.2026, 16:00
21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.
XİN-dən Oxu24.com-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək birgə fəaliyyət perspektivləri və miqrasiya proseslərinin idarə edilməsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.
Tərəflər ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə, xüsusən də Beynəlxalq Miqrasiya Təşkilatı ilə qurduğu uzunmüddətli münasibətlərin dinamikasını müsbət qiymətləndirib.
Miqrasiya sahəsində idarəetmə mexanizmlərinin müasirləşdirilməsi istiqamətində reallaşdırılan müştərək təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı müqabil tərəfə işğaldan azad edilmiş ərazilərdə icra olunan irimiqyaslı infrastruktur layihələri və regionun iqtisadi reabilitasiyası barədə ətraflı məlumat verilib.
Hökumətin əsas strateji prioritetlərindən biri olan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına dayanıqlı və mərhələli şəkildə qayıdışının uğurla həyata keçirildiyi vurğulanıb.
Uqoçi Daniels Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatları, xüsusilə məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən işləri, “Böyük Qayıdış” proqramını yüksək qiymətləndirib. Təmsil etdiyi qurumun ölkəmizlə miqrasiya sahəsində əməkdaşlığı davam etdirməyə və müvafiq layihələrə zəruri dəstək verməyə hazır olduğunu bildirib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
16:01 / 11 Noyabr 2026
1
16:00 / 11 Noyabr 2026
11
15:50 / 11 Noyabr 2026
40
15:50 / 11 Noyabr 2026
35
15:40 / 11 Noyabr 2026
42
15:31 / 11 Noyabr 2026
158
15:27 / 11 Noyabr 2026
325
15:13 / 11 Noyabr 2026
93
15:07 / 11 Noyabr 2026
107
14:51 / 11 Noyabr 2026
103
14:43 / 11 Noyabr 2026
157
14:39 / 11 Noyabr 2026
159
14:36 / 11 Noyabr 2026
96
14:26 / 11 Noyabr 2026
231
14:13 / 11 Noyabr 2026
726
13:58 / 11 Noyabr 2026
278
13:54 / 11 Noyabr 2026
543
13:48 / 11 Noyabr 2026
154
13:44 / 11 Noyabr 2026
219
13:41 / 11 Noyabr 2026
114
13:33 / 11 Noyabr 2026
276
13:27 / 11 Noyabr 2026
182
13:19 / 11 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.