Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-nin Komitəsində qəbul edilib
11 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
671
19.05.2026, 13:15
WUF13-ün açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha onu göstərdi ki, Azərbaycanda şəhərsalma siyasəti uzunmüddətli strateji baxışa əsaslanır.
Bunu "Report"a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O qeyd edib ki, bu siyasətin mərkəzində isə insan amili, milli irsin qorunması, müasir inkişaf prinsipləri və dayanıqlı gələcək dayanır.
Deputat xatırladıb ki, Azərbaycan qədim şəhər mədəniyyətinə malik ölkədir:
"Tarix boyu Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı və digər şəhərlər regionun mühüm siyasi, iqtisadi və mədəni mərkəzləri kimi formalaşıb. Bu şəhərlərin hər biri Azərbaycanın zəngin memarlıq irsini, yüksək şəhər mədəniyyətini və ictimai təşkilatlanma ənənələrini özündə əks etdirir".
S. Salmanova vurğulayıb ki, tarixi mənbələrə əsasən, Azərbaycan şəhərləri əsrlər boyu yalnız yaşayış məkanları deyil, həm də ticarətin, elmin, sənətin və mədəniyyətin inkişaf etdiyi mühüm mərkəzlər olub:
"Azərbaycanın urbanizasiya tarixində XIX əsrin ikinci yarısından başlayan mərhələ isə xüsusi əhəmiyyət daşıyır. Xüsusilə neft sənayesinin inkişafı ilə Bakı dünyanın sürətlə inkişaf edən sənaye və urbanizasiya mərkəzlərindən birinə çevrildi".
O, bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhərsalma məsələlərini daim diqqətdə saxlayırlar, bu istiqamətdə ardıcıl, məhsuldar siyasət həyata keçirirlər:
"Bu gün Azərbaycanda şəhərsalma siyasəti yalnız tikinti prosesi deyil, sosial rifahın yüksəldilməsi, ekoloji təhlükəsizliyin təmin olunması, müasir infrastrukturun qurulması və tarixi-mədəni irsin qorunması kimi strateji istiqamətləri özündə birləşdirir".
O hesab edir ki, son illərdə ölkənin müxtəlif bölgələrində həyata keçirilən abadlıq və yenidənqurma layihələri, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, yeni ictimai məkanların yaradılması, parkların və yaşıllıq zonalarının genişləndirilməsi bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
"Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın şəhər və rayonlarında həyata keçirilən layihələr ölkənin müasir simasının formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, Birinci vitse-prezidentin təşəbbüsləri ilə tarixi və mədəni irsin qorunması istiqamətində mühüm addımlar atılır, memarlıq abidələrinin bərpası və milli irsin yaşadılması istiqamətində ardıcıl işlər görülür", - S. Salmanova deyib.
17:16 / 11 Noyabr 2026
44
17:13 / 11 Noyabr 2026
71
17:12 / 11 Noyabr 2026
48
16:35 / 11 Noyabr 2026
89
16:07 / 11 Noyabr 2026
102
16:04 / 11 Noyabr 2026
228
16:01 / 11 Noyabr 2026
111
16:00 / 11 Noyabr 2026
88
15:50 / 11 Noyabr 2026
100
15:50 / 11 Noyabr 2026
106
15:40 / 11 Noyabr 2026
96
15:31 / 11 Noyabr 2026
576
15:27 / 11 Noyabr 2026
739
15:13 / 11 Noyabr 2026
117
15:07 / 11 Noyabr 2026
181
14:51 / 11 Noyabr 2026
128
14:43 / 11 Noyabr 2026
201
14:39 / 11 Noyabr 2026
326
14:36 / 11 Noyabr 2026
128
14:26 / 11 Noyabr 2026
5292
14:13 / 11 Noyabr 2026
941
13:58 / 11 Noyabr 2026
359
13:54 / 11 Noyabr 2026
665
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.