İrandan nüvə proqramı ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM: Tehran razılaşdı
28 Sentyabr 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
503
18.05.2026, 17:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.
Oxu24.com xəbər verir ki, qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. O qeyd etdi ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev dedi ki, Çin Xalq Respublikasının Sədrinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.
Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirdi, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu dedi və ölkəsində bu Foruma mühüm əhəmiyyət verildiyini vurğuladı. O, ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Qonaq, həmçinin Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox məzmunlu olduğunu dedi.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Çinin bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirdi.
Azərbaycan-Çin əlaqələrində sürətli artımı məmnunluqla qeyd edən qonaq dövlət başçılarının görüşlərini xatırladı, münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını dedi.
O, Çinin Tayvan regionu ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirdi. Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.
Can Quoçin qeyd etdi ki, Çin Azərbaycanın xalqın maraqları əsasında seçdiyi inkişaf yolunu dəstəkləyir.
Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırladı və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir.
Söhbət zamanı müxtəlif sahələri əhatə edən Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı vurğulandı.
Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələr qeyd olundu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulandı. Azərbaycanla Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluq ifadə olundu, siyasi, iqtisadi, tranzit, nəqliyyat, yükdaşımaları, hərbi-texniki tərəfdaşlıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.


Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.