Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
11 Noyabr 2026, 21:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
563
12.05.2026, 11:54
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O"Nili qəbul edib.
Oxu24.com xəbər verir ki, dövlət başçısı Meq O"Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev ölkəsi ilə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu deyib. Dövlət başçısı vurğulayıb ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.
Ölkəsi ilə bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan Prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğulayıb və tərəfdaşlığın strateji xarakter daşıdığını diqqətə çatdırıb.
Təbriklərə görə təşəkkürünü bildirən Meq O"Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyib.
Bp şirkətinin baş icraçı direktoru Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğulayıb.
Meq O"Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxunub.
Dövlətimizin başçısı qeyd etdi ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu dedi, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğuladı. Azərbaycan Prezidenti bildirdi ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi.
Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olundu, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunuldu.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olundu.



22:20 / 11 Noyabr 2026
1
22:15 / 11 Noyabr 2026
144
22:11 / 11 Noyabr 2026
51
22:07 / 11 Noyabr 2026
56
22:06 / 11 Noyabr 2026
65
21:59 / 11 Noyabr 2026
88
21:45 / 11 Noyabr 2026
73
21:14 / 11 Noyabr 2026
458
21:08 / 11 Noyabr 2026
322
21:05 / 11 Noyabr 2026
106
20:58 / 11 Noyabr 2026
109
20:49 / 11 Noyabr 2026
553
20:47 / 11 Noyabr 2026
100
20:28 / 11 Noyabr 2026
102
20:22 / 11 Noyabr 2026
122
20:19 / 11 Noyabr 2026
103
20:08 / 11 Noyabr 2026
104
19:57 / 11 Noyabr 2026
555
19:49 / 11 Noyabr 2026
135
19:43 / 11 Noyabr 2026
120
19:33 / 11 Noyabr 2026
146
19:19 / 11 Noyabr 2026
192
19:07 / 11 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.