Prezidentdən yeni TƏYİNAT
06 Fevral 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
132
06.02.2026, 19:58
Bu gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu24.com xəbər verir ki,bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Həmçinin oxuyun
Məlumata görə, Rusiya səfiri ilə görüş zamanı 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.
Görüşdə Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.
23:05 / 06 Fevral 2026
16
22:56 / 06 Fevral 2026
162
22:38 / 06 Fevral 2026
74
22:36 / 06 Fevral 2026
88
22:34 / 06 Fevral 2026
32
22:26 / 06 Fevral 2026
83
22:17 / 06 Fevral 2026
124
22:13 / 06 Fevral 2026
71
21:59 / 06 Fevral 2026
107
21:56 / 06 Fevral 2026
167
21:40 / 06 Fevral 2026
3054
21:39 / 06 Fevral 2026
156
21:29 / 06 Fevral 2026
132
21:17 / 06 Fevral 2026
58
21:08 / 06 Fevral 2026
45
21:08 / 06 Fevral 2026
274
21:04 / 06 Fevral 2026
155
21:02 / 06 Fevral 2026
60
20:58 / 06 Fevral 2026
166
20:54 / 06 Fevral 2026
477
20:49 / 06 Fevral 2026
135
20:39 / 06 Fevral 2026
111
20:36 / 06 Fevral 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.