Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10969
az

..Rusiyadan İrəvanı şoka salacaq QARABAĞ BƏYANATI - Paşinyana ÖLÜMCÜL ZƏRBƏ

22:0015 Mart, 2019
941
SİYASƏT
  • A
Qarabağ münaqişəsinin nizama salınması üzrə format dəyişikliyi yalnız tərəflərin razılığı əsasında mümkündür.

Oxu24.com xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu barədə dəfələrlə fikrini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də VII Qlobal Bakı Forumunda çıxışı zamanı İrəvanın münaqişənin həlli üzrə hazırkı danışıqlar formatının dəyişdirilməsi cəhdlərinə cavab verib. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan hökumətinin danışıqlar formatını dəyişdirməyə cəhd etməsi qəbuledilməzdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb.

Dövlətimizin başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır: “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Qeyd edək ki, Nikol Paşinyan hökuməti danışıqlar formatının dəyişdirilməsinə, Xankəndindəki qondarma rejiminin də danışıqlarda tərəf kimi iştirakına cəhd göstərir. Lakin Minsk Qrupunun həmsədrlərinin son bəyanatında bunun mümkün olmadığı bildirildi və İrəvanın cəhdlərinin üstündən xətt çəkildi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı