Ürək qüsurlu şəxsin pensiyası niyə kəsilib?– RƏSMİ CAVAB
02 İyun 2026, 17:52
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
3196
08.05.2020, 11:40
Astara təhsilində qəribə hadisələr davam etməkdədir. Bu dəfəki ilginc hadisə müsbət bir olay qeydə kimi alınıbdır. Belə ki, Astara şəhər 6 saylı tam orta məktəbdən 2018-ci ildən işdən çıxarılan psixoloq Daşqın Əliyev 2 ildən sonra gec də olsa, Astara təhsilinə geri qaytarılıbdır. Onun bu dəfəki iş yeri şəhər 4 saylı orta məktəb olacaqdır. Məsələnin aktuallığını artıran digər nüans isə həmin şəxsin Yunis Dürüst imzasıyla cəmiyyətdə tanınan gənc alim olmasıdır. Belə ki, əslən astaralı olan sözügedən elm adamı Azərbaycanda sosial şəbəkələrə dair ilk kitab olan “Feysbukun və Həyatın Sirləri” kitabının müəllifidir.
Xatırladaq ki, Daşqın Əliyev 2 il öncə şəhər 6 saylı məktəbdə məhdud şəraitə baxmayaraq, özünəməxsus metodlar tətbiq etməklə və mövcud olmayan psixologiya dərsini keçməyə çalışmaqla diqqəti çəkmişdi. Belə ki, boş və ya zəif keçilən dərslərə girib ümumi həyat və psixoloji bilgiləri şagirdlərə aşılamış, məktəbin təlim və təhsil mühitinin düzəlməsi üçün 4 aylıq iş müddətində önəmli işlər görmüşdü. Nəticədə rəhbərliyin qısqanc və qeyri-adekvat münasibəti ilə qarşılaşan gənc ekspert haqsız yerə işdən çıxarılmışdı. Təəssüf ki, RTŞ rəhbəri R. Həsənov da bu özbaşınalığa dəstək vermiş və beləcə istedadlı bir elm adamının pedoqoji fəaliyyəti əngəlləmişdi. 2 il sonra, yəni bu günlərdə həmin məsələ yenə gündəmə gəldi, mediada və təhsil təşkilatlarında müzakirə olundu, lakin cənab Həsənov etdiyi səhvi düzəltmək əvəzinə, problemin daha da dərinləşməsinə rəvac verdi. Belə ki, tənqidçilərə qeyri-adekvat reaksiya verib, astaralı gənc alim Daşqın Əliyev (Yunis Dürüst) barəsində yazdığı və ya yazdırdığı absurd bir yazını öz rəsmi feysbuk profilində paylaşaraq, konfliktə girdi və təhsil rəhbəri olmasını yaddan çıxartdı. Yaxşı ki, daha sonra fikrini dəyişdi, gec də olsa, alimə və elmə qarşı etdiyi səhvindən döndü və işə bərpa etmək qərarı verdi. Onun müəllifi olduğu kitabı öz profilində paylaşıb rayonun gənc aliminə üzrxahlıq jesti etdi və dəstəyini bildirdi.
00:09 / 22 İyul 2026
1
00:05 / 22 İyul 2026
14
23:21 / 21 İyul 2026
52
22:29 / 21 İyul 2026
77
22:16 / 21 İyul 2026
69
21:47 / 21 İyul 2026
55
21:41 / 21 İyul 2026
92
21:37 / 21 İyul 2026
80
21:08 / 21 İyul 2026
79
20:58 / 21 İyul 2026
83
20:45 / 21 İyul 2026
70
20:35 / 21 İyul 2026
84
20:24 / 21 İyul 2026
71
20:07 / 21 İyul 2026
70
19:55 / 21 İyul 2026
64
19:35 / 21 İyul 2026
84
19:18 / 21 İyul 2026
84
19:07 / 21 İyul 2026
71
18:00 / 21 İyul 2026
124
17:45 / 21 İyul 2026
103
17:30 / 21 İyul 2026
114
17:15 / 21 İyul 2026
78
16:58 / 21 İyul 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.