Tariyel Məmmədov vəfat etdi – Foto
09 Noyabr 2026, 17:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
655
21.07.2026, 22:29
Azərbaycanda daşınmaz əmlakla bağlı ən çox rast gəlinən hüquqi problemlərdən biri etibarnamə əsasında alınmış torpaq sahələrinin sonradan rəsmiləşdirilməsi ilə bağlıdır. Uzun illər əvvəl bir çox vətəndaş torpaq sahələrini alqı-satqı müqaviləsi bağlamadan, yalnız etibarnamə əsasında əldə edib. İllər keçdikdən sonra isə həmin torpaq sahələrinə çıxarış almaq istədikdə müxtəlif hüquqi maneələrlə qarşılaşırlar.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Adil Piriyev bildirib ki, vətəndaşların ən çox ünvanladıqları suallardan biri məhz etibarnamə əsasında alınmış torpaq sahələrinin özəlləşdirilməsi və həmin torpaqlara çıxarış əldə olunmasının mümkün olub-olmaması ilə bağlıdır.
Vəkilin sözlərinə görə, ilk növbədə nəzərə almaq lazımdır ki, etibarnamə alqı-satqı müqaviləsi hesab edilmir. Etibarnamə yalnız müəyyən hüquqi hərəkətləri həyata keçirmək üçün bir şəxsə verilən səlahiyyətdir və bu sənəd mülkiyyət hüququnun başqa şəxsə keçməsini təsdiq etmir. Buna görə də yalnız etibarnamənin mövcudluğu torpaq sahəsinin yeni istifadəçisinin adına dövlət qeydiyyatının aparılması və çıxarışın verilməsi üçün hüquqi əsas yaratmır.
Adil Piriyev qeyd edib ki, belə hallarda əsas diqqət torpaq sahəsinin ilkin hüquq müəyyənedici sənədlərinə yönəldilir. Əgər torpaq vaxtilə bələdiyyə və ya yerli icra hakimiyyəti tərəfindən qanuni qaydada ayrılıbsa və bunu təsdiq edən sənədlər mövcuddursa, həmin sənədlər hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, praktikada ən çox rast gəlinən problemlərdən biri də həmin ilkin sənədlərdə müəyyən uyğunsuzluqların və ya qeydiyyat çatışmazlıqlarının olmasıdır. Məhz bu səbəbdən ərazi üzrə daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən qurumlar bir çox hallarda çıxarış verməkdən imtina edirlər.
Vəkil bildirib ki, belə vəziyyətlərdə məsələni həll etməyin ən düzgün yolu məhkəməyə müraciət etməkdir. Məhkəmə torpaq sahəsinin ayrılması ilə bağlı bütün sənədləri, digər sübutları və faktiki vəziyyəti araşdıraraq hüquqi qiymət verir. Əgər torpaq sahəsinin qanuni əsaslarla əldə edildiyi müəyyən olunarsa, məhkəmə vətəndaşın xeyrinə qərar qəbul edə bilər.
Adil Piriyevin sözlərinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş müsbət qərarı torpaq sahəsinin dövlət qeydiyyatına alınması və həmin əmlaka çıxarış verilməsi üçün əsas hüquqi sənəd hesab olunur. Bu qərardan sonra vətəndaş torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirə və gələcəkdə həmin əmlak üzərində sərbəst şəkildə alqı-satqı, bağışlama, ipoteka və digər hüquqi əməliyyatlar həyata keçirə bilər.
Vəkil vurğulayıb ki, etibarnamə ilə torpaq alan şəxslər uzun illər keçməsinə baxmayaraq hüquqlarını itirmirlər. Lakin bu hüquqların rəsmiləşdirilməsi üçün qanunvericiliyin müəyyən etdiyi prosedurlara riayət olunmalı, bütün sənədlər düzgün hazırlanmalı və hüquqi proses peşəkar şəkildə aparılmalıdır.
Adil Piriyev vətəndaşlara tövsiyə edib ki, etibarnamə əsasında aldıqları torpaq sahələri ilə bağlı sənədləşmə işlərini gecikdirməsinlər. Çünki vaxt keçdikcə sənədlərin əldə olunması, şahidlərin müəyyən edilməsi və digər hüquqi prosedurlar daha da çətinləşə bilər. Bu baxımdan, vaxtında hüquqi yardım almaq və məhkəmə qaydasında mülkiyyət hüququnun tanınmasına nail olmaq gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün ən doğru addım hesab olunur.
17:38 / 09 Noyabr 2026
1
17:36 / 09 Noyabr 2026
9
17:22 / 09 Noyabr 2026
75
17:14 / 09 Noyabr 2026
63
16:56 / 09 Noyabr 2026
418
16:53 / 09 Noyabr 2026
274
16:43 / 09 Noyabr 2026
139
16:37 / 09 Noyabr 2026
120
16:32 / 09 Noyabr 2026
84
16:28 / 09 Noyabr 2026
87
16:25 / 09 Noyabr 2026
252
16:23 / 09 Noyabr 2026
118
16:19 / 09 Noyabr 2026
131
16:06 / 09 Noyabr 2026
373
15:54 / 09 Noyabr 2026
899
15:49 / 09 Noyabr 2026
97
15:47 / 09 Noyabr 2026
243
15:45 / 09 Noyabr 2026
355
15:40 / 09 Noyabr 2026
2323
15:34 / 09 Noyabr 2026
97
15:23 / 09 Noyabr 2026
124
15:13 / 09 Noyabr 2026
139
15:05 / 09 Noyabr 2026
787
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.