Xırdalanda tikilən çoxmərtəbəli binadan ŞİKAYƏT - VİDEO
24 May 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1077
02.06.2026, 17:52
Oxu24.com-un redaksiyasına Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Həmzəyeva Nərmin Oruc qızı tərəfindən müraciət daxil olub. İki övlad anası olan vətəndaş, uzun illərdir əziyyət çəkdiyi ağır xəstəliklərə baxmayaraq, əlillik dərəcəsinin əsassız yerə kəsildiyini və pensiyasının dayandırıldığını iddia edib.
Vətəndaşın şikayəti: "Sənədlərim sistemdə olduğu halda əlilliyimi ləğv ediblər"
Şikayətçi Nərmin Həmzəyeva redaksiyamıza ünvanladığı müraciətində qarşılaşdığı çətinlikləri və səhhətindəki mövcud problemləri xəbər xidmətimizə ətraflı şəkildə təqdim edib.
Vətəndaş bildirir ki, səhhətindəki anadan gəlmə patologiyalarla əlaqədar olaraq 2014-cü ildən etibarən rəsmi olaraq əlillik dərəcəsi alıb və müvafiq pensiya təminatından yararlanıb. İlkin mərhələdə hər il müddəti uzadılan əlillik təyinatı, sonradan ardıcıl olaraq iki dəfə 5 illik müddətə qüvvədə saxlanılıb. Lakin cari ilin aprel ayının 16-da rəsmi əlillik müddəti başa çatdıqdan sonra onun pensiya təminatı dayandırılıb.
N.Həmzəyevanın sözlərinə görə, o, təkrar qiymətləndirilmə üçün tələb olunan bütün tibbi müayinələrdən keçsə də, proses iki aydan çox uzadılıb və yekunda ona imtina qərarı göndərilib. Qərardan narazı qalan vətəndaş may ayının 25-də Əlillərin Bərpası Mərkəzinə əyani şəkildə müraciət edib. Orada təkrar exokardioqrafiya və tənəffüs sisteminin müayinələrinə yönləndirilsə də, həkim-mütəxəssislər ona əlillik dərəcəsinin düşmədiyini bildiriblər.
Şikayətçi vurğulayır ki, onun anadan gəlmə döş qəfəsi defekti (sinə çökəkliyi) vizual olaraq aydın görünür və o, 2021-ci ilin may ayında ağır şərtlərlə açıq ürək əməliyyatı keçirib. Elektron rəsmi bazada (FİN kod üzrə) bütün bu ağır cərrahiyyə və xəstəlik tarixcələrinin mövcud olduğunu qeyd edən vətəndaş, əmək qabiliyyətinin olmamasına baxmayaraq pensiyasının haqsız yerə kəsildiyini iddia edir. İki azyaşlı övlad böyütdüyünü və ailənin maddi vəziyyətinin son dərəcə ağırlaşdığını bildirən ana, rəsmi qurumlardan sosial hüquqlarının humanistlik prinsipləri çərçivəsində yenidən bərpa olunmasını xahiş edir.
Aidiyyəti qurumdan Oxu24.com-un sorğusuna RƏSMİ CAVAB
Oxu24.com vətəndaşın müraciəti əsasında aidiyyəti dövlət qurumuna rəsmi sorğu ünvanlayıb.Sorğumuza cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındakı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən redaksiyamıza rəsmi açıqlama daxil oldu.
Qurumun verdiyi rəsmi cavabda bildirilir:
“Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Həmzəyeva Nərmin Oruc qızının əlilliyi həm elektron sistem üzərindən, həm də 26.05.2026-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib.
Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar verilmişdir”.
Çimnaz Telmanqızı
22:48 / 12 İyul 2026
34
22:29 / 12 İyul 2026
53
21:54 / 12 İyul 2026
50
20:56 / 12 İyul 2026
83
19:59 / 12 İyul 2026
75
19:59 / 12 İyul 2026
76
19:49 / 12 İyul 2026
130
19:29 / 12 İyul 2026
114
14:21 / 12 İyul 2026
215
13:36 / 12 İyul 2026
1343
13:31 / 12 İyul 2026
119
13:28 / 12 İyul 2026
89
13:27 / 12 İyul 2026
84
13:25 / 12 İyul 2026
87
13:12 / 12 İyul 2026
703
13:02 / 12 İyul 2026
656
00:51 / 12 İyul 2026
223
00:26 / 12 İyul 2026
394
22:18 / 11 İyul 2026
119
22:14 / 11 İyul 2026
253
21:52 / 11 İyul 2026
206
21:33 / 11 İyul 2026
199
20:35 / 11 İyul 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.