Tariyel Məmmədov vəfat etdi – Foto
09 Noyabr 2026, 17:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
370
21.07.2026, 19:18
“Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq”.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə suala cavabında deyib.
Dövlət başçısı bildirib ki, dünən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib: “The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır: “Bizim məqsədimiz bundan ibarətdir ki, müharibə dayansın və bölgədə sülh təmin edilsin”.
17:57 / 09 Noyabr 2026
3
17:55 / 09 Noyabr 2026
23
17:38 / 09 Noyabr 2026
109
17:36 / 09 Noyabr 2026
70
17:22 / 09 Noyabr 2026
122
17:14 / 09 Noyabr 2026
87
16:56 / 09 Noyabr 2026
577
16:53 / 09 Noyabr 2026
366
16:43 / 09 Noyabr 2026
183
16:37 / 09 Noyabr 2026
152
16:32 / 09 Noyabr 2026
106
16:28 / 09 Noyabr 2026
94
16:25 / 09 Noyabr 2026
286
16:23 / 09 Noyabr 2026
137
16:19 / 09 Noyabr 2026
142
16:06 / 09 Noyabr 2026
573
15:54 / 09 Noyabr 2026
1147
15:49 / 09 Noyabr 2026
100
15:47 / 09 Noyabr 2026
259
15:45 / 09 Noyabr 2026
380
15:40 / 09 Noyabr 2026
3004
15:34 / 09 Noyabr 2026
100
15:23 / 09 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.