Kəlbəcərdə zəlzələ oldu
10 Avqust 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
485
21.07.2026, 17:30
Çıxarışı və ya digər mülkiyyət sənədi olmayan həyət evlərinə görə əmlak vergisinin ödənilib-ödənilməməsi vətəndaşları ən çox maraqlandıran hüquqi məsələlərdən biridir. Xüsusilə uzun illər əvvəl tikilmiş, lakin müxtəlif səbəblərdən dövlət qeydiyyatından keçməyən fərdi yaşayış evlərinin sahibləri bu məsələdə fərqli fikirlərlə qarşılaşırlar. Bəziləri belə evlərə görə verginin mütləq ödənilməli olduğunu desə də, digərləri mülkiyyət sənədi olmadığı halda vergi öhdəliyinin yaranmadığını bildirirlər.
Oxu24.com-a açıqlama verən vəkil Tural Hüseynov bildirib ki, məsələyə hüquqi baxımdan yanaşarkən ilk növbədə Vergi Məcəlləsinin və mülkiyyət hüququnu tənzimləyən normaların tələbləri nəzərə alınmalıdır.
Vəkilin sözlərinə görə, qanunvericiliyə əsasən əmlak vergisinin ödəyiciləri mülkiyyətində daşınmaz əmlak olan şəxslər hesab edilir. Yəni vergi öhdəliyinin yaranmasının əsas şərtlərindən biri həmin əmlak üzərində hüququn qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və mülkiyyət hüququnun mövcud olmasıdır.
Tural Hüseynov qeyd edib ki, mülkiyyət anlayışı kifayət qədər geniş hüquqi məfhumdur və yalnız bir sənədlə məhdudlaşmır. Mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam vermək kimi üç əsas elementi birləşdirir. Bununla belə, daşınmaz əmlak üzərində hüququn tam şəkildə tanınması üçün həmin əmlakın dövlət qeydiyyatına alınması və mülkiyyəti təsdiq edən sənədin – çıxarışın olması mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bəzi hallarda şəxs faktiki olaraq uzun illər həmin evdə yaşayır, ondan istifadə edir və özünü həmin əmlakın sahibi hesab edir. Lakin bu, hər zaman hüquqi baxımdan rəsmiləşdirilmiş mülkiyyət hüququ anlamına gəlmir.
Vəkil bu məsələdə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə də toxunub. O bildirib ki, məhkəmənin "Önər Yıldız Türkiyəyə qarşı" işi üzrə qəbul etdiyi qərarda "gözlənilən mülkiyyət hüququ" anlayışına yer verilib. Həmin qərarda göstərilir ki, bəzi hallarda şəxsin daşınmaz əmlak üzərində rəsmi çıxarışı olmasa belə, onun həmin əmlakdan faktiki istifadə etməsi və ona sahiblik etməsi müəyyən hüquqi gözləntilər yarada bilər. Lakin bu yanaşma hər bir konkret hadisənin ayrıca qiymətləndirilməsini tələb edir və avtomatik olaraq mülkiyyət hüququnun mövcudluğu demək deyil.
Tural Hüseynov vurğulayıb ki, Azərbaycan qanunvericiliyi baxımından daşınmaz əmlak vergisinin tətbiqi zamanı əsas meyar mülkiyyət hüququnun mövcudluğudur. Əgər daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdursa, həmin əmlaka görə verginin tələb olunması hüquqi baxımdan mübahisəli məsələ hesab oluna bilər.
Vəkil əlavə edib ki, bu mövzu ilə bağlı hüquqşünaslar arasında da fərqli yanaşmalar mövcuddur. Bəzi mütəxəssislər faktiki istifadənin vergi öhdəliyi yaratdığını bildirsələr də, digər hüquqşünaslar hesab edirlər ki, dövlət qeydiyyatından keçməmiş və mülkiyyət hüququ rəsmən tanınmamış əmlaka görə vergi tələb edilməsi qanunvericiliyin mövcud normaları ilə tam uzlaşmır.
Sonda Tural Hüseynov vətəndaşlara tövsiyə edib ki, uzun illərdir istifadə etdikləri, lakin hələ də çıxarışı olmayan fərdi yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində lazımi addımlar atsınlar. Çünki mülkiyyət hüququnun rəsmiləşdirilməsi gələcəkdə həm vergi, həm miras, həm də alqı-satqı ilə bağlı yarana biləcək hüquqi problemlərin qarşısını almağa kömək edir.
23:41 / 10 Avqust 2026
17
23:24 / 10 Avqust 2026
52
22:32 / 10 Avqust 2026
51
22:10 / 10 Avqust 2026
60
21:49 / 10 Avqust 2026
65
20:42 / 10 Avqust 2026
78
20:35 / 10 Avqust 2026
72
20:01 / 10 Avqust 2026
75
19:43 / 10 Avqust 2026
96
19:36 / 10 Avqust 2026
174
19:05 / 10 Avqust 2026
83
18:56 / 10 Avqust 2026
84
18:24 / 10 Avqust 2026
92
17:59 / 10 Avqust 2026
89
17:40 / 10 Avqust 2026
103
17:15 / 10 Avqust 2026
98
16:59 / 10 Avqust 2026
89
16:45 / 10 Avqust 2026
91
16:33 / 10 Avqust 2026
126
16:30 / 10 Avqust 2026
116
16:08 / 10 Avqust 2026
101
15:54 / 10 Avqust 2026
96
15:37 / 10 Avqust 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.