İlin sonunadək bu bürclər vəzifə sahibi olacaq
10 Oktyabr 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
328
21.07.2026, 15:23
Azərbaycanda mina partlayışı nəticəsində həlak olan və ya bu səbəbdən həyatını itirən minatəmizləyənlərin övladları üçün mühüm sosial güzəşt tətbiq olunur. Belə ki, həmin şəxslərin ödənişli əsaslarla təhsil alan övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək. Qərar dövlət, bələdiyyə və özəl ali, orta ixtisas, eləcə də peşə təhsili müəssisələrini əhatə edəcək. Yeni qaydalar qarşıdakı sentyabrın 15-dən etibarən qüvvəyə minəcək. Məsələ ilə bağlı təhsil eksperti Elvin Bədirov Oxu24.com-a açıqlama verib.
Ekspert qeyd edib ki, ali, orta və peşə təhsili ilə bağlı əhalinin sosial həssas qrupuna daxil olanların təhsil xərclərinin qarşılanması uzun müddətdir ki, müxtəlif formalarda icra edilir:
“Bu qərar ilk növbədə sosial ədalət prinsipinin daha da gücləndirilməsinə xidmət edir. Mina partlayışları nəticəsində həyatını itirən minatəmizləyənlər cəmiyyət üçün yüksək risk daşıyan və strateji əhəmiyyətli missiya yerinə yetirərkən vəfat ediblər. Onların övladlarının təhsil xərclərinin dövlət tərəfindən qarşılanması həm həmin ailələrə sosial dəstəyin ifadəsidir, həm də dövlətin bu peşəyə və onun daşıdığı missiyaya verdiyi dəyərin göstəricisidir”.
Onun sözlərinə görə, təhsil baxımından bu qərar maddi imkanların ali, orta ixtisas və peşə təhsilinə çıxış üçün maneəyə çevrilməsinin qarşısını ala bilər. Xüsusilə ailə başçısını itirmiş gənclər arasında təhsildən yayınma, təhsili yarımçıq qoymaq və ya daha aşağı təhsil pilləsini seçmək kimi risklər azalacaq. Bu isə uzunmüddətli perspektivdə onların əmək bazarında daha rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına şərait yaradacaq.
Elvin Bədirov bildirib ki, digər mühüm məqam ondan ibarətdir ki, güzəşt yalnız dövlət universitetlərini deyil, həm də özəl ali təhsil müəssisələrini, eyni zamanda orta ixtisas və peşə təhsilini də əhatə edir:
“Bu yanaşma gənclərin seçim imkanlarını genişləndirir və təhsil müəssisələri arasında bərabər imkanlar yaradır.
Bununla yanaşı, güzəştin tətbiqində bir neçə prinsip xüsusi diqqətdə saxlanılmalıdır. Birincisi, hüquq qazanan şəxslərin təhsil xərclərinin qarşılanması tam şəffaf və operativ aparılmalıdır. İkincisi, bu dəstək yalnız təhsil haqqının ödənilməsi ilə məhdudlaşmamalı, ehtiyac yarandıqda psixoloji dəstək, akademik mentorluq və karyera istiqamətləndirilməsi kimi əlavə xidmətlərlə tamamlanmalıdır”.
O vurğulayıb ki, onların gələcək peşə seçimləri və iş imkanlarının dəyərləndirilməsi zamanı da xüsusi yanaşma göstərilə bilər. Oxşar yanaşmanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını verən şəhidlərimizin ailə üzvlərinə də göstəririk.
Ekspert hesab edir ki, bu qərar sadəcə sosial yardım xarakteri daşımır. Bu yardım ölkəmizin insan kapitalına investisiyadır. Çünki təhsil alan hər bir gənc gələcəkdə həm öz ailəsinin rifahına, həm də ölkənin iqtisadi və sosial inkişafına töhfə verə bilər. Belə sosialyönümlü təhsil qərarı sosial həssas qrupun daha səmərəli təhsil həyatının təmin olunmasına çox ciddi bir dəstəkdir.
Çimnaz Telmanqızı
20:26 / 10 Oktyabr 2026
14
20:04 / 10 Oktyabr 2026
48
19:53 / 10 Oktyabr 2026
109
19:42 / 10 Oktyabr 2026
218
19:32 / 10 Oktyabr 2026
80
19:25 / 10 Oktyabr 2026
137
19:16 / 10 Oktyabr 2026
317
19:01 / 10 Oktyabr 2026
162
18:48 / 10 Oktyabr 2026
176
18:31 / 10 Oktyabr 2026
82
18:21 / 10 Oktyabr 2026
89
18:09 / 10 Oktyabr 2026
86
17:42 / 10 Oktyabr 2026
125
17:34 / 10 Oktyabr 2026
112
17:30 / 10 Oktyabr 2026
97
16:47 / 10 Oktyabr 2026
102
16:31 / 10 Oktyabr 2026
125
15:59 / 10 Oktyabr 2026
1307
15:55 / 10 Oktyabr 2026
184
15:29 / 10 Oktyabr 2026
139
15:23 / 10 Oktyabr 2026
194
15:15 / 10 Oktyabr 2026
219
15:14 / 10 Oktyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.