6 ildir mənzillərinə çıxarış ala bilmirlər – ŞİKAYƏT - VİDEO
05 Sentyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
10155
10.02.2026, 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və tibb mərkəzləri “yararsız” desə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komissiyası vətəndaşın sağlam olmasını deyir.
Oxu24.com-un redaksiyasına müraciət edən Nihat Novruz oğlu Aslanov hərbi xidmətə çağırış prosesində üzləşdiyi yanaşmalardan və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi qərarından şikayətçidir.
N.Aslanovun sözlərinə görə, universiteti bitirdikdən sonra Səfərbərlik Xidmətinin Rayon Şöbəsinə müraciət edib və könüllü xidmət etmək istəyini bildirib. Lakin 2022-ci ildə keçirdiyi ağır əməliyyat nəticəsində sağ biləyinə yerləşdirilən daimi mil ciddi problem yaradıb.
“Nizami Tibb Mərkəzi, Travmatologiya İnstitutu və hərbi komissarlığın (Red- Səfərbərlik Xidmətinin) öz həkimləri qolumdakı milə və funksiya pozuntusuna görə məni hərbi xidmətə yararsız hesab ediblər. Əməliyyat edən həkimim Zahid Cəfərovun diaqnozuna görə, mən 5 kiloqramdan artıq yük qaldıra bilmərəm, soyuq havada qolum sızıldayır və barmaqlarımın hərəkəti məhduddur. Əlim silah tutacaq vəziyyətdə deyil”,-deyə çağırışı Nihat Aslanlı bildirib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ziddiyyət: “6 aylıq möhlət verdilər ki, mili çıxartdırım”.
Vətəndaş bildirir ki, Səfərbərlik Xidmətinin hərbi həkim komissiyası onun işini rəy üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində ilkin yoxlanışda ona 6 aylıq möhlət verilib və bildirilib ki, müddət bitdikdən sonra hərbi biletini ala bilər. Lakin müddət bitdikdən sonra vəziyyət köklü şəkildə dəyişib.
“6 ay sonra yenidən yoxlanışa çağırdılar. Bu dəfə Səfərbərlik Xidməti mənə bildirdi ki, biz səni yararsız yazsaq da, Sosial Müdafiə Fondu bizim rəyimizin üstündən xətt çəkərək səni yararlı hesab edib. Səbəb kimi isə göstərirlər ki, guya mənə o 6 ayı qolumdakı mili çıxartdırmaq üçün veriblər. Hansı ki, o mil ömürlükdür və sümük hələ də bitişməyib. Mili çıxartmaq əlimin tamamilə iflic olması deməkdir”.
Tariel Əhmədzadə ilə qalmaqallı söhbət...
Şikayətçi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşı olduğu bildirilən Tariel Əhmədzadə ilə görüşdüyünü və aldığı cavabdan şoka düşdüyünü qeyd edir.
“Tariel bəy mənə bildirdi ki, səni 59-cu qaydaya əsasən yararlı vurmuşuq. Qolumdakı ağrılara isə ‘subyektiv amildir, biz onu hiss etmirik’ deyərək kobud şəkildə cavab verdi. Hətta iddia etdi ki, ona qolunda mil olan, əli işləməyən adamı əsgər aparmaq üçün xüsusi səlahiyyət verib. Mən inanmıram ki, hansısa məmura xəstə vətəndaşı zorla xidmətə aparmaq tapşırığı verilsin”.
“Hər ay işimi-gücümü atıb qan verirəm”
Hazırda ailəli olan və ailəsinə baxan Nihat Aslanov hər ay hərbi komissarlığa çağırılmaqdan və təkrar-təkrar eyni analizləri verməkdən tükəndiyini deyir:
“Hər ay məni çağırıb yenidən qan analizi, ürək müayinəsi tələb edirlər. Martın 1-nə yenidən çağırış gəlib. Mənim hüquqi azadlığım yoxdur? Yararsız olduğum 6 fərqli rəylə sübut olunubsa, bir qurumun inadkarlığına görə niyə həyatım alt-üst olmalıdır? Bu məsələnin birdəfəlik həllini tələb edirəm”,-deyə şikayətçi bildirib.
Nihat Aslanovun şikayəti bir vətəndaşın taleyindən daha çox, fərqli dövlət qurumları arasındakı rəy ziddiyyətini ortaya qoyur. Səfərbərlik Xidmətinin və ixtisaslaşmış tibb mərkəzlərinin "hərbi xidmətə yaramır" dediyi şəxsin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən "yararlı" hesab edilməsi ciddi suallar doğurur.
Vətəndaşın sağlamlıq vəziyyəti (qolunda ömürlük metal konstruksiyanın olması və sümük bitişməməsi faktı) hərbi xidmət zamanı həm onun özü, həm də xidmət yoldaşları üçün təhlükə yarada bilərmi?
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən tətbiq edilən "59-cu qayda" fiziki məhdudiyyəti olan vətəndaşların xidmətə cəlb olunmasına nə dərəcədə imkan verir?
Oxu24.com mövzu ilə bağlı hüquqşünasların və yazıda adları qeyd olunan qurumların da mövqeyini təqdim edəcək.
Qeyd edək ki,7 fevralda Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edən Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqovun vərəm xəstəsi olduğu bildirilir.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev feysbukda paylaşım edib.
O bildirib ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş:
“Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir.
Əgər əsgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib, hərbi hissə niyə xəstə əsgəri geri qaytarmayıb, yox əgər əsgər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır”.
Çimnaz Telmanqızı
08:24 / 02 Oktyabr 2026
1
08:23 / 02 Oktyabr 2026
11
08:21 / 02 Oktyabr 2026
16
02:00 / 02 Oktyabr 2026
101
00:03 / 02 Oktyabr 2026
218
23:54 / 01 Oktyabr 2026
97
23:41 / 01 Oktyabr 2026
149
23:12 / 01 Oktyabr 2026
152
23:00 / 01 Oktyabr 2026
117
22:53 / 01 Oktyabr 2026
107
22:52 / 01 Oktyabr 2026
124
22:50 / 01 Oktyabr 2026
198
22:42 / 01 Oktyabr 2026
93
22:31 / 01 Oktyabr 2026
105
22:24 / 01 Oktyabr 2026
134
22:18 / 01 Oktyabr 2026
267
22:07 / 01 Oktyabr 2026
111
21:42 / 01 Oktyabr 2026
102
21:41 / 01 Oktyabr 2026
126
21:31 / 01 Oktyabr 2026
106
21:29 / 01 Oktyabr 2026
116
21:26 / 01 Oktyabr 2026
315
21:25 / 01 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.