Hərbçilərə bu qədər pul ayrıldı
11 Noyabr 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
371
01.10.2026, 23:41
Xəzər dənizində suyun səviyyəsinin azalması ciddi ekoloji problemə çevrilib.
Oxu24.com xəbər verir ki, son onilliklərdə müşahidə olunan dayazlaşma sahil xəttinin nəzərəçarpacaq dərəcədə dəyişməsinə səbəb olub. Xəzər dənizinin səviyyəsi son 48 ilin minimum göstəricisinə düşüb.
Məlumata görə, son 30 ildə dənizin səviyyəsi təxminən 2,5 metr aşağı enib. Dayaz sahələrdə suyun geri çəkilməsi daha aydın görünür və sahil xəttində ciddi dəyişikliklər qeydə alınır.
Mütəxəssislər Xəzərin dayazlaşmasının əsas səbəbləri sırasında iqlim dəyişikliklərini, qlobal istiləşməni, temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artmasını, eləcə də dənizə daxil olan çay sularının həcminin dəyişməsini göstərirlər. Xəzərin su balansında Volqa çayı xüsusilə böyük rol oynayır.Musavat.com
Proqnozlara görə, Xəzərin səviyyəsi Baltik yüksəklik sisteminə əsasən mənfi 30 metr həddinə qədər enərsə, Azərbaycanın bəzi dayaz sahillərində dəniz xətti indiki mövqeyindən kilometrlərlə uzaqlaşa bilər. Ayrı-ayrı ərazilər üzrə geri çəkilmənin 12 kilometrə qədər çata biləcəyi bildirilir.
Belə davamlı azalma limanların fəaliyyəti, gəmiçilik, sahilyanı infrastruktur və Xəzərin ekosistemi üçün də ciddi nəticələr yarada bilər.
13:27 / 11 Noyabr 2026
1
13:19 / 11 Noyabr 2026
35
13:13 / 11 Noyabr 2026
39
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
96
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
128
12:35 / 11 Noyabr 2026
188
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
82
12:24 / 11 Noyabr 2026
528
12:19 / 11 Noyabr 2026
382
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
606
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
197
11:43 / 11 Noyabr 2026
1159
11:34 / 11 Noyabr 2026
122
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
172
11:16 / 11 Noyabr 2026
344
11:13 / 11 Noyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.