Kəlbəcərdə ayılar kəndə hücum etdilər: Təsərrüfata ciddi ziyan dəydi - Video
11 Noyabr 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
13941
02.10.2026, 08:24
Azərbaycanda pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi qaydasına dəyişiklik Milli Məclisin payız sessiyasının ilk iclasında birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi səlahiyyətli qurumun müəyyən etdiyi əmsallar tətbiq olunmaqla həyata keçiriləcək.
Mövzu ilə bağlı iqtisadçı deputat Vüqar Bayramov Modern.az-a açıqlama verib.
"Yeni sistem diferensial indeksasiyanın (məbləğlərin hamı üçün eyni qaydada deyil, müəyyən meyarlara görə fərqli artırılması - müəl.) tətbiqi deməkdir. Pensiyaların indeksləşdirilən zaman orta aylıq əməkhaqqındakı artım faizi nəzərə alınacaq. Amma yanaşma fərqli olacaq, belə ki, orta aylıq əməkhaqqı məbləğində pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam olaraq indeksləşdiriləcək". Marqarita pizza
V. Bayramov qeyd edib ki, orta aylıq əməkhaqqıdan, 1170 manatdan 5000 manata qədər olduqda 0.5 əmsalı, 5000 manatdan çox olduqda isə 0.2 əmsalından istifadə olunacaq. Məqsəd nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımın əldə olunması və aşağı pensiya ilə yuxarı pensiya arasında fərqin azaldılması, nəticə etibarilə də median pensiya məbləğini artırmaqdan ibarətdir.
"Bütövlükdə orta aylıq əməkhaqqı, yəni 1170 manatadək pensiya alan vətəndaşlarımızın pensiyaları tam olaraq indeksləşdirilir. Bu, eyni zamanda təbii ki, pensiya alanların 90 faizindən çoxunu təşkil edir. Çünki pensiya alanların 90 faizindən çoxunun pensiyası orta aylıq əməkhaqqı məbləğindən azdır"- deputat bildirib.
Vüqar Bayramovun sözlərinə görə orta aylıq əməkhaqqı məbləğindən çox olan pensiya məbləğləri üçün diferensial əmsalların tətbiqi həyata keçiriləcək.
23:24 / 11 Noyabr 2026
1
23:18 / 11 Noyabr 2026
27
23:09 / 11 Noyabr 2026
39
23:03 / 11 Noyabr 2026
37
23:01 / 11 Noyabr 2026
75
22:55 / 11 Noyabr 2026
63
22:38 / 11 Noyabr 2026
113
22:31 / 11 Noyabr 2026
83
22:26 / 11 Noyabr 2026
6006
22:22 / 11 Noyabr 2026
93
22:20 / 11 Noyabr 2026
86
22:15 / 11 Noyabr 2026
934
22:11 / 11 Noyabr 2026
84
22:07 / 11 Noyabr 2026
95
22:06 / 11 Noyabr 2026
91
21:59 / 11 Noyabr 2026
135
21:45 / 11 Noyabr 2026
92
21:14 / 11 Noyabr 2026
845
21:08 / 11 Noyabr 2026
467
21:05 / 11 Noyabr 2026
121
20:58 / 11 Noyabr 2026
131
20:49 / 11 Noyabr 2026
619
20:47 / 11 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.