Ürək qüsurlu şəxsin pensiyası niyə kəsilib?– RƏSMİ CAVAB
02 İyun 2026, 17:52
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2867
12.03.2025, 14:13
Universiteti bitirsə də,diplomunu ala bilmir.
Bu şikayətlə Oxu24.com saytına müraciət edən şikayətçi Əliyev Ağa Çingiz oğlu özü məlumat verib.
Onun sözlərinə görə, 2023-cü tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsinin bakalavr pilləsini bitirsə də, bu günə qədər ona məlum olmayan səbəblərdən ali təhsil haqqında diplomunu ala bilmir.
“Mən Universitetə Dərbənd filialından köçürmə yolu ilə gəlmişəm.Bütün imtahanları,hətta Dövlət İmtahanını da vermişəm.Heç bir problemim olmadığı halda diplomu ala bilmirəm”,-deyə keçmiş tələbə bildirib.
Sayt məsələ ilə bağlı Universitetlə əlaqə saxlayıb. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib.
“Həmin məzun Dərbənd filialından UNEC-ə köçürülüb. Dərbənd filialının məzunlarına, eləcə də filialdan UNEC-ə köçürülən məzunlara diplom blanklarının verilməsi barədə ETN-ə müraciət olunub. Hazırda nazirlikdə bununla bağlı işlər görülür, müvafiq araşdırmalar aparılır. Proses tamamlandıqdan sonra məzunlar diplomlarını ala biləcəklər”,- deyə açıqlamada qeyd olunur.
Sayt məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlayıb. Nazirlikdən şifahi olaraq bu məsələyə münasibət bildirmək istəmədiklərini bildirdilər.
Oxu24.com məsələ ilə bağlı vəkilə də müraciət edib.
Vəkil Sadiq Əfəndiyev bildirib ki, keçmiş tələbə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
“Bizə məlum olan ilkin məlumalara əsaslanaraq deyə bilərik ki, tələbənin diplom ala bilməməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var.Ancaq,bu mərhələyə qədər keçmiş tələbənin atacağı bir sıra hüquqi addımlar olmalıdır. İlk olaraq tələbə rəsmi ərizə ilə Universitetin rəhbərliyinə müraciət etməlidir.Həmin ərizəyə verilən cavab onu qane etmədiyi halda şəxs məhkəməyə müraciət edə bilər.İlkin sənədələrə baxdıqda məlum olur ki, tələbə 2023-cü ildə tam qanuni əsaslarla Universiteti bitirib. Bütün bunları təsdiq edən rəsmi sənədlər mövcuddur. Belə olan halda bu, müddət ərzində tələbəyə diplom verilməməsi ciddi qanun pozuntusu sayıla bilər. Əgər,qarşı tərəf daxili araşdırma aparırsa,bu müəyyən müddətə qədər olmalıdır.Yəni,daxili araşdırma qeyri-müəyyən müddətə qədər aparıla bilməz”,- deyə vəkil bildirib.
Sayt məsələni diqqətdə saxlayacaq.
Miri Məcidli
22:25 / 21 Avqust 2026
36
22:11 / 21 Avqust 2026
50
21:57 / 21 Avqust 2026
59
21:30 / 21 Avqust 2026
56
20:56 / 21 Avqust 2026
60
20:52 / 21 Avqust 2026
60
20:14 / 21 Avqust 2026
72
19:42 / 21 Avqust 2026
88
19:21 / 21 Avqust 2026
88
19:08 / 21 Avqust 2026
160
18:46 / 21 Avqust 2026
96
18:41 / 21 Avqust 2026
75
18:33 / 21 Avqust 2026
92
18:20 / 21 Avqust 2026
74
18:10 / 21 Avqust 2026
109
17:59 / 21 Avqust 2026
95
17:45 / 21 Avqust 2026
119
17:30 / 21 Avqust 2026
99
17:10 / 21 Avqust 2026
129
17:00 / 21 Avqust 2026
85
16:58 / 21 Avqust 2026
96
16:46 / 21 Avqust 2026
88
16:32 / 21 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.