Qaynar xətt:

(+99450) 247 90 86

Diş düzəltdirmək istəyən qadının başına iş gəldi -VİDEO

Diş düzəltdirmək istəyən qadının başına iş gəldi -VİDEO

ŞİKAYƏTLƏR

123

30.10.2026, 09:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zirkon diş düzəltdirmək istəyən qadının başına iş gəlib.

Oxu24.com-un  məlumatına görə, "TikTok" sosial şəbəkəsində bəyəndiyi səhifə üzərindən klinika ilə əlaqə saxlayan Aytəkin Məmmədova diş texniki ilə görüşüb seçdiyi modelin eynisini sifariş etmək niyyətində olduğunu bildirib.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən Aytəkin Məmmədova iddia edir ki, "FeraMed" klinikasınının diş texniki İlqar Davudov onu digər özəl klinikalardan birində çalışan stomatoloq Xalid Məmmədova yönəldib. Beləliklə, ölçü götürülüb, sifariş qəbul olunub. Pasiyentin iddiasına görə, sifarişin hazırlanması üçün ondan stomatoloq yox, diş texniki ödəniş etməsini istəyib: “Məndən əvvəlcə 500 manat istədilər. Həmin pulu İlqara verdim və mənə söz verdi ki, hər şey ürəyinizcə olacaq, amma hazır olanda əlavə 900 manat da ödəyərsiz. Beləliklə, mən razılaşdım. İki dəfə diş düzəltdilər. Birinci dəfə Xaliq həkimin düzəltiyi diş 3 hissədən ibarət oldu, amma o damağıma oturmadı. Yenidən ölçdülər və ikinci də alınmadı. İndi nə pulumu verirlər, nə də dişimi düzəldirlər".

Aytəkin Məmmədovanın iddialarına aydınlıq gətimək məqsədilə stomatoloq Xalid Məmmədovla əlaqə saxladıq. O qeyd etdi ki, pasiyent onun yanına gələndə digər klinkada bütün tibbi prosedurları keçdiyindən, yalnız ölçü götürüb və bunun üçün heç bir ödəniş almayıb.

İddialarda adı hallanan diş texniki İlqar Davudovun çalışdığı stomatoloji klinikaya da yaxınlaşdıq.

İlqar Davudov məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət edəcəyini qeyd edib.

Daha ətraflı videomaterialı təqdim edirik: