Qaynar xətt:

(+99450) 247 90 86

 AZAL şad xəbəri açıqladı: Bu tarixdən uçuşlar başlayır

 AZAL şad xəbəri açıqladı: Bu tarixdən uçuşlar başlayır

REDAKTORUN SEÇİMİ

2031

29.04.2022, 12:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 6-dan Naxçıvandan Gəncəyə və əks istiqamətdə uçuşlara başlayacaq.

Oxu24.com  AZAL-a istinadən xəbər verir ki, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.

Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin www.azal.az rəsmi saytında təqdim olunacaq.

Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə reyslərə aviabiletləri həmçinin AZAL aviaşirkətinin Bakı, Naxçıvan və Sumqayıt şəhərlərindəki satış ofislərində əldə etmək mümkündür.

Yeni uçuşlarla əlaqədar mayın 6-dan çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.