Bu şəxslər hərbi çağırışdan azad ediləcək
30 Oktyabr 2026, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
114
30.10.2026, 11:45
"Yeni Suraxanı-Hövsan xətti üzrə layihələndirmə işlərinin 30 faizi yekunlaşıb" .
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
O qeyd edib ki, bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib.
"Xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb.
Bu xətt boyunca stansiyalar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub".
Bəxtiyar Hacıyevin sözlərinə görə, Yeni Suraxanı-Hövsan xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır:
"Yeni Suraxanı-Hövsan dəmir yolu xətti üzrə inşa ediləcək 4 stansiyadan 3-ü Hövsan qəsəbəsində yerləşəcək. Stansiyalardan biri əvvəlki Hövsan Liman stansiyasının ərazisində, digəri Fövqəladə Hallar Akademiyasının yaxınlığında, üçüncüsü isə MİDA yaşayış kompleksinin yaxınlığında inşa ediləcək".
12:45 / 30 Oktyabr 2026
4
12:42 / 30 Oktyabr 2026
20
12:25 / 30 Oktyabr 2026
36
12:25 / 30 Oktyabr 2026
28
12:21 / 30 Oktyabr 2026
145
12:15 / 30 Oktyabr 2026
118
11:55 / 30 Oktyabr 2026
85
11:35 / 30 Oktyabr 2026
70
11:28 / 30 Oktyabr 2026
129
11:27 / 30 Oktyabr 2026
332
11:25 / 30 Oktyabr 2026
56
11:18 / 30 Oktyabr 2026
77
11:13 / 30 Oktyabr 2026
87
11:10 / 30 Oktyabr 2026
134
11:05 / 30 Oktyabr 2026
431
11:02 / 30 Oktyabr 2026
104
10:56 / 30 Oktyabr 2026
97
10:52 / 30 Oktyabr 2026
81
10:43 / 30 Oktyabr 2026
87
10:40 / 30 Oktyabr 2026
463
10:39 / 30 Oktyabr 2026
74
10:19 / 30 Oktyabr 2026
79
09:58 / 30 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.